Hemodializ şöbəsi

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasinin Hemodializ şöbəsi 01.04.2016-ci ildən fəaliyyətə başlamişdır. Şöbə hemodializ müalicəsi aparmaq üçün nəzərdə tutulan 4 ədəd Fresenius 4008S markalı süni böyrək cihazi ilə təmin edilmiş geniş hemodializ salonundan, ambulator müayinə otağından və stasionar müalicə üçün nəzərdə tutulmuş ev kamfortundan fərqlənməyən xəstə yataq otaqlarından ibarətdir. Hemodializ şöbəsinin həm də mərkəzi kateterlərin qoyulması, eləcə də böyrək biopsiasının aparılması üçün klinikanın radioloji bölümü və angioqrafiya laboratoriyasından istifadə etmə imkanlarına sahibdir.

Xidmətlərimiz :

1. Bütün növ böyrək xəstəliklərinin ambulator və stasionar müalicəsi
2. Hemodializ
3. Periton dializi
4. Izolə ultrafiltrasiya
5. Plazmaferez
6. Böyrək incə iynə biopsiyası
7. Hemodializ üçün müvəqqəti və uzun muddətli kateterlərin taxılması (həmçinin translumbar və transhepatik)