Baş Həkim

Adı, Soyadı, Ata adı: Ağayev Rauf Maqsud oğlu
Doğum tarixi: 28.12.1959
Təhsili: Ali, Azərbaycan Tibb Universiteti, Müalicə  işi
Ixtisası: həkim-cərrah

Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin genel katibi;
Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin məsul katibi;
Cərrahiyyə ixtisası üzrə dissertasiya işlərinin aprobasiya şurasının sədri;
Azərbaycan Tibb Müəssisələri Assosiasiyanın sədri.

“Hepatoqastroenterology”(Almaniya), “Вестник экстренной хирургии”  (Узбекистан),
“Evroasian Journal of gastroenterolojy” (Yaponiya, Hindistan),  “Актуальные вопросы медицины” (Россия)  və “Cərrahiyyə” jurnallarının  rəyasət heyətinin üzvü.    

1989-cu ildə Tibb Elmləri Namizədi elmi dərəcəsini;
2003-cü ildə Tibb Elmləri Doktoru elmi dərəcəsini;
2013-cü ildə Professor Elmi adını alib.

2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Əlaçısı” döş nişanı ilə təltif olunub;
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adına laiq görülüb.
302 elmi məqalənin, 11 səmərələşdirici təkliflərin müəllifi ;  4 tibb üzrə fəlsəfə doktoru və 1 tibb elmləri doktoru hazırlayıb.

İşlədiyi vəzifələr və iş yerləri:
1982-1983: 5 №- li klinik xəstəxana-  həkim interna;
1983-1985: Abşeron r-nu MKX – həkim-cərrah;
1985-1989:Azərb.SSR Səh.Naz-nin M.A.Topçibaşov ad.Klinik və eksperimental cərrahiyyə üzrə ETİ- həkim-cərrah;
1986-1989: “Cərrahiyyə” ixtisası üzrə aspirantura;
1989-1990: Azərb.SSR Səh. Naz-nin M.A.Topçibaşov ad.Klinik və eksperimental cərrahiyyə üzrə ETİ

Kiçik elmi işçi;
1990-1997: Qastroenterologiya Elmi Tədqiqat İnstitutu – böyük elmi işçi;
1997- 2006: Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, daha sonra dosent və 2007-ci ildən profesorui;

2006-2012: Azərb.Respub.Səhiyyə Nazirliyinin Kadrlar,Elm və təhsil şöbəsinin müdirinin müavini;
2012-2016: Respublika Müalicəvi Diaqnostika- baş direktorun müavini və baş həkim;
Hal hazırda  Azərbaycan Tibb  Universitetinin Tədris Cərrahiyyə Klinikasınin direktorun müalicə işləri üzrə müavini- baş həkim.

Dil bilgiləri:  rus, ingilis, türk.