Tədris treninq mərkəzi

Müasir dövrdə tibb tələbələri və həkim-rezidentlərin tədris prosesində praktiki vərdişlər və bacarıqların əldə olunması çox mühüm və önəmli məsələdir. Ali tibb təhsili ocağını bitirdikdən sonra işçi bazarının tələblərini ödəyə biləcək həkimləri yetişdirilməsi, geniş nəzəri biliklərə malik tələbələrin praktiki vərdiş və bacarıqlarların tədrisini təmin etməklə müvafiq şəraitin yaradılması Universitetimizin prioritet məqsədidir. 


Azərbaycan Tibb Universitetinin (ATU) 2014-cü ildə fəaliyyətə başlamış Tədris Cərrahiyyə Klinikasında (TCK) yerləşən Tədris Treninq Mərkəzi (TTM) tələbə, həkim-rezidentlər üçün nəzərdə tutulmuş, dünya standartlarına uyğun ən müasir avadanlıqla təchiz olunmuş çoxfunksional bacarıq laboratoriyasıdır. TTM klinikanın 13-cü mərtəbəsində yerləçir, ümumi sahəsi 2500 m2-dir. 7 geniş sahəli dərs (bacarıq) otağı, multimedia vasitələri, sürətli internet, 2 seminar və 1 konfrans zalları treninq prosesini yüksək səviyyədə aparmaq üçün tam adekvat şərait yaradır. Cərrahiyənin bütün sahələri və anesyeziologiya-reanimatologiya ixtisasları üzrə praktiki bacarıqların əldə olunması üçün  Mərkəzdə ABŞ, İsrail və digər ölkələrin istehsalı olan robot-simulyatorlar, anatomik, laparoskopik və endoskopik virtual simulyatorlar, çoxsaylı pediatrik, ginekoloji, cərrahi, uroloji, BBQ (LOR), oftalmoloji, reanimatoloji və s. simulyatorlar və mulyajlar yerləşdirilib. Tələbə və rezidentlərə praktiki vərdiş və bacarıqların tədrisi kurrikulum əsasında mütəşəkkil olaraq həyata keçirilir və klinika rəhbərliyinin daimi diqqət mərkəzindədir. Müasir biliklərə malik, özləri bir sıra Avropa kurslarının dinləyəyiciləri olmuş Universitetimizin qabaqcıl müəllimlərindən ibarət instruktor komandası tələbə və rezidentlərə ABŞ və Avropa prototipləri üzərində qurulmuş praktiki vərdişlər kurslarını tədris edir. 

Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi
Tədris treninq mərkəzi