Müsahibələr

ATU-nun Tədris Cərrahiyyə Klinikasının dializ şöbəsinin müdiri Barat Yusubov:

ATU-nun Tədris Cərrahiyyə Klinikasının dializ şöbəsinin müdiri Barat Yusubov: "ŞƏKƏRLİ DİABET, BÖYRƏK ÇATIŞMAMAZLIĞI RİSKİNİ ARTIRIR"

II tip şəkərli diabet orqanizmdə bir sıra mikrovaskulyar ( damar ) xəstəliklərə səbəb olur.
Böyrəklər orqanizmin vahid bir hissəsi olduğu uçun yayılmış mikrovaskulyar zədələnmələr böyrəklərdən də yan keçmir. Diabetə bağlı böyrək zədələnməsı ilkin dövürlərdə əlamətsiz keçir və biz həkimlər məhz bu dövürdə yaxalanan xəstəliyi tam geri qaytara bilirik. Buna görə də şəkərli diabet olan hər bir kəs, heç bir şikayəti olmasa belə müntəzəm müayinələrdən keçməlidir və bu müayinələr zamanı şəkərli diabetdən dolayı zədələnə biləcək orqanlar (o cümlədən böyrəklər) daha diqqətli təqib edilməlidir.