Müsahibələr

“Böyrək şişini 1 sm-lik kəsiklərlə götürürük”

“Böyrək şişini 1 sm-lik kəsiklərlə götürürük”

Uroloq Emin Məmmədov: “Böyrək daşlarını kəsiksiz çıxarırıq”

Müasir texnologiyalar tibb sahəsində xeyli irəliləyişin yaranmasına səbəb olub. Əvvəllər uzun-uzadı, böyük kəsiklərlə aparılan əməliyyata indi ümumiyyətlə kəsiksiz icra olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin uzman uroloqu Emin Məmmədovla bu mövzuda danışmışıq.

-Müasir texnologiyanın inkişafı cərrahiyyədə hansı dəyişikliklərə səbəb olub?

-Minimal invaziv cərrahiyyənin inkişafının səbəbi texnologiyadır. Texnologiya inkişaf etdikcə, bizim etdiyimiz cərrahiyyələrində hım keyfiyyəti, həm xəstəyə ən az zərərlə əməliyyatı icra etməyimizi təmin edir. Bu əməliyyatda istifadə olunan optik linzaların inkişaf etməsinə və ya əməliyyatda istifadə etdiyimiz alətlərin ölçülərinin daha da kiçilməsi ilə bağlıdır. Biz bunlar sayəsində daha kiçik kəsiklərlə və ya kəsiksiz əməliyyatları icra edə bilirik.

Məsələn, illər əvvəl sidik axarı daşlarını, böyrək daşlarını böyük kəsiklərlə icra edirdiksə, indi onları heç bir kəsik olmadan icra edirik. Və ya, prostat əməliyyatı əvvəl böyük kəsiklərlə icra edilirdi. İndi isə tur prostat əməliyyatında olduğu kimi heç bir kəsik olmadan icra olunur. Eləcə də, böyrək şişinin çıxarılması 20 sm yaxın kəsiklərlə icra olunurdu, indi isə cəmi 3 ədəd 1 sm-lik kəsiklərlə icra oluna bilir. Klinikamızda da bunlar icra olunur. Amma təbiidir ki, bu metod hər xəstəyə şamil olunmur. Xəstəyə və xəstəliyə uyğun invaziv yol seçilir. Yəni, bəzi hallarda hələ də açıq cərrahiyyədən istifadə olunur.

-Siz bəzi əməliyyatların adını çəkdiniz. Böyrək daşı, prostatla bağlı problemlərə nə qədər rast gəlinir?

-Böyrək daşları ümumiyyətlə Azərbaycanda, həmçinin Türkiyədə çox rast gəlinən problemdir. Bizim əhali arasında bəlkə də 10 faizində rast gəlinir. Uroloji problemlər hər yaş həddini əhatə edir. Amma prostat 40 yaşından sonra daha çox rast gəlinir.

Tur prostat əməliyyatı urologiyada orta çətinlikli bir əməliyyat növü kimi qəbul edilir. 60 yaşından sonra kişilərdə sidiyə çıxma problemi yaşanır. Həmin yaşdan sonra 50 faiz kişilərdə buna rast gəlinir. 80 yaşından sonra isə 95 faizə yaxın kişilərdə bu problem müşahidə olunur. Amma sidiyə çıxma problemlərinin hamısı prostatla bağlı deyil. Yeni yanaşmaya görə, sidik kisəsinin bəzi dəyişikliklərinə görə də belə problem yaranır. Bununla bağlı əməliyyatı icra etmək yaxşı cərrah üçün problem deyil. Əsas odur ki, sidik kisəsinin problemlərinin səbəbini öyrənib, ona aid düzgün müalicə metodu seçilsin.

“Böyrək şişini 1 sm-lik kəsiklərlə götürürük”