Müsahibələr

Yaxın gələcəkdə uşaqlarda Qanz əməliyyatını icra etməyi planlaşdırırıq

Yaxın gələcəkdə uşaqlarda Qanz əməliyyatını icra etməyi planlaşdırırıq

Endoprotezləşmə əməliyyatı müxtəlif xəstəliklər nəticəsində oynaqların funksiyasını itirmiş pasientlərdə aparılır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının travmatoloq-ortopedi İsmixan Mətiyevin sözlərinə görə, yaş dövrü ilə bölgü etsək, bu əməliyyat daha çox 50 yaşdan yuxarı insanlarda aparılır. Elə bud sınıqlarına da adətən yaşlı insanlarda, əksər hallarda qadınlarda rast gəlinir: “Uşaqlarda isə əsasən anadangəlmə bud çıxıqlarına rast gəlinir. Belə olan halda əməliyyat vasitəsi ilə problemi aradan qaldırırıq. Yaxın gələcəkdə uşaqlarda Qanz əməliyyatını icra etməyi planlaşdırırıq”.

İsmixan Mətiyev doktorluq fəaliyyəti boyu bud çanaq və diz oynaqlarının total endoprotezləşdirilməsi, diz oynağında artroskopik əməliyyatlar, minesk əməliyyatları, ön çarpaz bağın artroskopik üsulla bərpası və digər bu kimi ağır əməliyyatlar həyata keçirib. O, İtaliya, Almaniya, Avstriya, Türkiyədə, o cümlədən ABŞ-ın Nyu-York şəhərində Hospital Special Surgery-də prof. C.S.Ranavatın rəhbərliyi altında diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi ilə əlaqədar yüksək ixtisas artırma kursu keçib. Burada artroplastikanın son naliyyətləri barədə biliklərə yiyələnib.

Yaxın gələcəkdə uşaqlarda Qanz əməliyyatını icra etməyi planlaşdırırıq