Elanlar

ATU tələbələri üçün pulsuz stomatoloji kampaniya

ATU tələbələri üçün pulsuz stomatoloji kampaniya

13.11.2019

Azərbaycan Tibb Universitetinin (ATU) ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, dental implantoloq, t.ü.f.d. Rafiq İbrahimov diş problemləri olan ATU tələbələri üçün kampaniya təşkil edir.

Kampaniya çərçivəsində ağız boşluğunun konsultasiyası, zədəli diş və diş köklərinin çıxarılması (retension dişlər xaric) problemli diş sırasının və düzgün dişləmin bərpa edilməsinin planlanması tamamilə ödənişsiz keçiriləcək.

Kompaniyaya 15 noyabr 2019-cu il tarixindən start verilir.

Maraqlanan tələbələr, tələbə biletini təqdim etməklə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi kafedrasına müraciət edə bilərlər.

Ünvan: Səməd Vurğun küç.,155 (Tədris Cərrahiyyı Klinikası 8-ci mərtəbə).

Telefon: (050)3315050
#atutck @ ATU Tədris Cərrahiyyə Klinikası

ATU tələbələri üçün pulsuz stomatoloji kampaniya