Elanlar

Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqres

Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqres

26.11.2018

8-9 dekabr 2018-ci il tarixlərində Azərbaycan Tibb Universitetində «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqres» keçiriləcəkdir.

Tədbirdə Azərbaycanda Otorinolarinqologiya elminin bugünə kimi əldə etdiyi nailiyyətləri haqqında danışılacaq. 
Konfransa dəvət almış yerli və xarici mütəxəssislərin Otorinolarinqologiyanın müxtəlif sahələri üzrə məruzələri dinlənib geniş müzakirə olunacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 12 Davamedici Tibbi Təhsil Balı veriləcək.

Ünvan: Səməd Vurğun küç., 163. Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binası (akt zalı).#atutck