Xəbərlər

ATU ƏMƏKDAŞLARI MÜDAFİƏ NAZİRLİYİ TƏRƏFİNDƏN TƏLTİF OLUNUBLAR

ATU ƏMƏKDAŞLARI MÜDAFİƏ NAZİRLİYİ TƏRƏFİNDƏN TƏLTİF OLUNUBLAR

17.11.2022

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşlarını Zəfər bayramı münasibəti ilə təltif edib. ATU əməkdaşlarına Vətən müharibəsi dövründəki xidmətlərinə görə Fəxri fərman və mükafatlar təqdim olunub.
Vətən müharibəsinin ilk günlərindən “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti” yaralanan əsgər və zabitlərimizə ixtisaslaşmış tibbi yardım göstərməyə hazır olduğunu Səhiyyə Nazirliyinə bildirmişdi. 2020-ci il oktyabrın 2-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasında ilk olaraq Üz-çənə cərrahiyyəsi şöbəsi, daha sonra klinikanın digər şöbələri hərbi əməliyyatlarda yaralanan hərbçilərimizə xidmət göstərməyə başlamışdı.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri ilə yanaşı bütün tibb personalı öz bilik, bacarıq və təcrübələrini bu işə sərf edərək 100-dən çox yaralıya xüsusiləşdirilmiş yardım göstərmişdi. Bu gün də qazilərimizin ən mürəkkəb bərpa əməliyyatlarının aparılması məhz bu klinikanın mütəxəssislərinə həvalə olunur. Müdafiə Nazirliyi Zəfər Bayramının 2-ci il dönümündə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrası əməkdaşlarının o dövrdəki xidmətlərini yüksək qiymətləndirərək onları təltif edib. Kafedra əməkdaşları və şöbənin orta tibb personalına “Azərbaycan Ordusunun tibb xidmətinə verdiyi töhfələrə görə” Fəxri Fərman mükafatı və xüsusi hazırlanmış “Dəmir yumruq” simvolu təqdim edilib.

ATU ƏMƏKDAŞLARI MÜDAFİƏ NAZİRLİYİ TƏRƏFİNDƏN TƏLTİF OLUNUBLAR
ATU ƏMƏKDAŞLARI MÜDAFİƏ NAZİRLİYİ TƏRƏFİNDƏN TƏLTİF OLUNUBLAR