Xəbərlər

Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib

Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib

12.02.2020

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində ənənəvi xeyriyyə aksiyası keçirilib. Hər aksiya zamanı torpaqlarımızın ərazi bütövlüyündə iştirak edən, əlil olan, şəhid ailələri və o cümlədən ATU-da müvəffəqiyyətlə oxuyan aztəminatlı tələbələr ödənişsiz əməliyyat olunublar. Bu dəfə təşkil olunan aksiya zamanı da belə olub. ATU-da təhsil alan və bu semestri müvəffəqiyyətlə başa vuran, aztəminatlı 2 tələbə ödənişsiz, 5 tələbə isə 50 faiz güzəştlə gözlərindən əməliyyat olunub.

Bu barədə “Təbib” qəzetinə məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov məlumat verib. Onun bildirdiyinə görə, aksiya həmişə olduğu kimi, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və klinikanın oftalmologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilib:”Tibb Universitetində təhsil alan  və bu  semestri müvəffəqiyyətlə başa vuran 2 tələbənin gözlərində ödənişsiz eksimer lazer əməliyyatı icra olunub. Tələbələrə stimul vermək üçün 50 faiz ödəmək şərti ilə refraksion problemi olan 5 tələbənin hər iki gözündə eksimer cərrahiyyə  əməliyyatı aparılıb.”Q.İsmayılov həmçinin xeyriyyə aksiyalarının əsasən Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərində, Azərbaycan oftalmologiyasının banilərindən biri olan, görkəmli alim Zərifə xanım Əliyevanın doğum günündə, Ramazan və Novruz bayramları ərəfəsində keşirildiyini qeyd edib. Xeyriyyə aksiyalarının davamlı olaraq keçiriləcəyini və semestrlərdə müvəffəqiyyətlə təhsilini başa vuran aztəminaytlı tələbələrə güzəştlər ediləcəyini bildirib.

Bu aksiya zamanı universitetin tələbələri Aynur Fətiyeva və Aminə Nadirova da hər iki gözündən eksimer cərrahiyyə əməliyyatı olunub. Onlarda 90 faiz görmə qabiliyyəti bərpa olunub. Aksiyanın təşkilinə görə yniversitetin rektoru, professor Gəray Gəraybəyliyə, şöbə müdiri Qurban İsmayılova təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ümumilikdə aksiya zamanı 134 tələbə əməlıiyyat olunub. Onlardan 47-si bu tədris ilinin payına düşür.