Xəbərlər

Professor Vaqif Qələndər türkiyəli mütəxəssislərə kurs keçib

Professor Vaqif Qələndər türkiyəli mütəxəssislərə kurs keçib

29.01.2020

ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və konstruktiv cərrahı, professor Vaqif Qələndər yanvarın 25-26-da Türkiyənin Antalya Bilim Universitetində qonaq olub. Azərbaycanlı professor ATU-da tətbiq etdiyi yeni metodikası ilə bağlı türkiyəli mütəxəssislərə kurs keçib.

Professor Vaqif Qələndər təqdim etdiyi əməliyyat üsulu haqqında danışıb: “Flep diseksiyenu kursunda tətbiq etdiyim yeni metodikamın tətbiqi haqqında geniş video konfrans keçirdim.  Burada sinədə postmastektomiyadan sonra yeni metodikamın necə tətbiq olunmasını izah etdim. Bu yeni əməliyyat metodum dünyada bu sahədə yaranan ən mükəmməl bərpa üsulu kimi qiymətləndirildi”.

Qeyd edək ki, azərbaycanlı professorun yaratdığı yeni cərrahiyyə usulu qlobal  məsələnin həllində yeni bir metodika, elmi yenilikdir. Rekonstruktiv sinə cərrahiyyəsində V.Qələndərin yaratdığı bu metodika artıq dünyanın bir çox olkəsində icra olunmaqdadır. bu üsulun tətbiqi az travmatik olmaqla yanaşı, həm də donor sahədə başqa bölgədən toxuma almadan qalan sağlam hissənin toxuması ilə həyata keçiriməsinə görə unikaldır.

Professor Vaqif Qələndər türkiyəli mütəxəssislərə kurs keçib