Xəbərlər

ATU-da professor Vaqif Şadlininskinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

ATU-da professor Vaqif Şadlininskinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

27.01.2020

Yanvarın 24-də ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, əməkdar elm xadimi,  professor Vaqif Şadlininskinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ilk növbədə professor-müəllim heyətini, qonaqları və bütün tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, Azərbaycan ziyalılarının, elm xadimlərinin, səhiyyə, təhsil işçilərinin yubileylərinin keçirilməsi artıq ənənə halını alıb. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu ənənəni möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyini, xüsusi fəaliyyətləri ilə seçilən şəxslərə həmişə yüksək qiymət verildiyini bildirib. Bu gün 80 illik yubileyi qeyd edilən professor Vaqif Şadlinskinin dünən ölkə başçısının Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülməsini bu diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirən S.Əliyev yublilyarı həm 80 illik yubileyi, həm də ali mükafatla təltif olunması münasibətilə təbrik edib. Eyni zamanda universitetin rəhbərliyi, professor-müəllim heyəti və çoxminli tələbələri adından cənab Prezidentə təşəkkürünü ifadə edib.

Vaqif müəllimin fəaliyyətinin elmi, pedaqoji və ictimai istiqamətlərindən söhbət açan S.Əliyev onun şərəfli ömür yolunun ən yaddaqalan məqamlarından danışıb. O, Vaqif Şadlinskinin bilavasitə rəhbərliyi və məsləhətçiliyi altında 7 elmlər doktorluğu, 15 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edilməsini kafedranın həyatında böyük hadisə adlandırıb. Onu da vurğulayıb ki, Vaqif müəllimin rəhbərlik etdiyi İnsan anatomiyası və tibbi terminologiya kafedrası nəinki ölkəmizdə, MDB məkanında, hətta digər xarici ölkələrdə də ən nüfuzlu kafedra kimi tanınır, fəaliyyəti ayrıca bir institutun fəaliyətinə bərabərdir. Kafedranın nəzdindəki Anatomiya Muzeyinın zənginliyini dünyanın ən məşhur muzeyləri ilə müqayisə etmək mümkündür.

Öz çıxışında V.Şadliniskinin insani keyfiyyətlərini, xarakterindəki bütövlüyü, cəsarətini, mübarizliyini xüsusi qabardan prorektor 1988-1993-cü illərin xatirələrini də tədbir iştirakçıları ilə bölüşüb.

Universitetin rektoru, professor Gəray  Gəraybəylinin təbrikini və xoş sözlərini də yubilyara çatdıran prorektor şərəfli bir ömür yolu keçən Vaqif müəllimə möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev çox çətin, lakin şərəfli və zəngin bir ömür yolu keçən, məşhur Şadlinskilər şəcərəsinin layiqli davamçısı, professor Vaqif Şadlinski haqqında ətraflı məlumat verib: “Vaqif Bilas oğlu Şadlinski 1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsində məskunlaşıb. 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun (indiki ATU) Stomatologiya fakültəsinə daxıl olub və 1968-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub.

Bir müddət Terapevtik stomatologiya kafedrasında baş laborant vəzifəsində çalışan V.Şadlinski 1970-ci ildə öz xahişi ilə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsinə keçirilib və fəaliyyətinin 50 illik dövrü bu kafedra ilə bağlı olub. Assistentlikdən kafedra müdiri, professor vəzifəsinədək yüksəlib”.

M.Allahverdiyev çıxışında V.Şadlinskinin ölkə səviyyəsində yerinə yetirdiyi ictimai işləri, beynəlxalq əlaqələri, çap etdirdiyi elmi-pedaqoji əsərləri, rəhbərliyi altında hazırlanan elmi-tədqiqat işləri haqqında da geniş söhbət açıb. Həmçinin, yubilyara beynəlxalq miqyasda verilən elmi və fəxri adları, yerli və beynəlxalq təltifləri diqqətə çatdırararaq onu kafedranın bütün əməkdaşları adından təbrik edib: “Arzu edirik ki, 90, 100 illik yubileylərinizi də belə şövqlə, gənclik həvəsi, gənclik təravəti ilə qarşılayasız”.

Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Əfəndiyev, Professor Rafiq Əsgərov, Nəsimi rayonunun keçmiş icra başçısı Tahir Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, İqtisad Universitetinin kafedra müdiri, professor Əvəz Ələkbərov, şair Fəxrəddin Ziya, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayıl, Türk Dünyası Beynəlxalq Araşdırmaları Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə də yubilyarı təbrik edərək ən xoş arzu və istəklərini bölüşüblər.

Professorlar Ağasəmid İsayev və Nəriman Mövsümov yubilyarın adına ünvanlanmış təbrikləri oxuyublar. Ayrı-ayrı qurumların xüsusi mükafatları və döş nişanları da yubilyara təqdim olunub.

Professor Vaqif Şadlinski ailə üzvlərinin, nəvələrinin, müxtəlif sahələrdə çalışan dostlarının da qatıldığı yubiley tədbirinə təşrif buyuran hər kəsə öz təşəkkürünü bildirib. 80 illik yubileyində ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasını onun fəaliyyinə verilən ən yüksək qiymət, eyni zamanda böyük məsuliyyət kimi dəyərləndirib. Səhiyyə naziri, professor Oqtay Şirəliyevin və ATU-nun rektoru, professor Gəray Gəraybəylinin zəng edərək onu yubileyi münasibətilə təbrik etməsindən məmnunluğunu söyləyib.