Xəbərlər

Rusiyanın tibb müəssisələrinin nümayəndə heyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı olub

Rusiyanın tibb müəssisələrinin nümayəndə heyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı olub

04.06.2019

Rusiya Federasiyasının bir sıra klinika və universitetlərinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Qonaqlar ATU rəsmiləri ilə görüşdən sonra Tədris Cərrahiyyə Klinikası ilə tanış olublar.

Direktor, professor Surxay Hadıyev qonaqlara klinika haqqında geniş məlumat verib.

"500 çarpayılıq klinikamızda tədrislə yanaşı əhaliyə yüksək səviyyədə diaqnostik və cərrahi tibbi xidmət göstərilir. Klinikamız müasir tibbi təchizat sistemləri ilə təmin edilib. Beləki burada beynəlxalq tibbin tələblərinə cavab verən son dərəcə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılıb. Belə müasir aparatlar və tibb cihazlarının hesabına klinikamızda yüksək səviyyədə cərrahi əməliyyatlar həyata keçirilir. Klinikaının Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub".

Sonda xatirə şəkli çəkilib.

Rusiyanın tibb müəssisələrinin nümayəndə heyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı olub