Xəbərlər

ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub

ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub

25.04.2019

ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan gənc pasiyent uğurla əməliyyat olunub.

Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun sözlərinə görə, 1994-cü il təvəllüdlü xəstənin ürəyində qulaqcıqlararası çəpərin defekti və “parsial pulmonal venoz dönüş anomaliyası” diaqnozu qoyulub.

“Xəstə bizə təngnəfəslik şikayəti ilə müraciət edib. İlkin müayinədə exokardioqrafiya zamanı qulaqcıqlar arası çəpərin defekti və anormal pulmonal dönüş anomaliyası ilə bağlı şühbə yarandı. Daha dəqiq diaqnoz üçün kompüter tomoqrafiyası (KT) edildi və diaqnoz təsdiqləndi”.

ATU həkimləri xəstənin əməliyyata alınmasına dair qərar veriblər. Əməliyyat zamanı məlum olub ki, pulmonal venalar yuxarı boş venaya tökülür. Əməliyyat mürəkkəb olduğundan, pulmonal venalar böyük yama ilə ürəyin sol tərəfinə yönləndirilib. Defekt bağlanılıb. Bundan sonra venakava superyor plastika edildi. MMəcdovun sözlərinə görə, bu ağır ürək əməliyyatı uğurla nəticələnib. Bir neçə gün sonra xəstə evə yazılacaq.

#ATU #atutck #urekcerrahiyyesi #kardioloq #kardiocerrahiyye @ ATU Tədris Cərrahiyyə Klinikası

ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub