Xəbərlər

ATU-da ağırlaşmış varikozdan uğurlu əməliyyat

ATU-da ağırlaşmış varikozdan uğurlu əməliyyat

16.03.2019

Məhəmməd Kərimov: “Əsas məsələ düzgün diaqnozun qoyulmasıdır”

Qadınlarda varikoz xəstəliyi - ayaqların şişməsi, damarların üzə çıxması tez-tez rast gəlinən hallardır. Bu xəstəlik xüsusilə gecələr qadınlara ciddi problem yaradır. Halbuki, əməliyyat yolu ilə rahat həyata geri dönmək olar. Bunun üçün sadəcə düzgün diaqnoz qoymaq lazımdır. 
Belə xəstələrdən biri – uzun müddət nəticəsiz müalicə alan pasiyent bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında uğurla əməliyyat olunub. Tanınmış fleboloq, Klinikanın damar cərrahı, professor Məhəmməd Kərimov deyir ki, xanım ayaq şişməsi, gecələr qıcolma, ayaqda ağrılar səbəbindən onlara müraciət edib.

“Bu xəstədə aşağı ətrafın varikoz xəstəliyinin ağırlaşmış forması - yəni, trafiki dəyişikliklərlə səciyyələnən bir formasıdır. Pasiyent uzun illərdir bu xəstəlikdən əziyyət çəkir. İstər Bakıda, istərsə də yaşadığı bölgədə dəfələrlə varikozla bağlı müalicə alıb, konservativ müalicə olunub. Təəssüf ki, müalicə istənilən nəticəni verməyib. Buna səbəb isə xəstənin tam dəqiqliklə müayinə olunmadan müalicə edilməlidir”.

M.Kərimovun sözlərinə görə, müasir dövrdə müalicə taktikasının seçimində əsas rolu düzgün müayinənin aparılması oynayır: “Damar müalicəsində isə düzgün müayinə - dopler müayinəsinə əsaslanmış ultrasəs (USM) müayinəsidir. Bizim şöbədə məhz damar dopleri sahəsində formalaşmış həkimlərimiz var. Dopler müayinəsi sayəsində biz xəstəyə dəqiq diaqnoz qoya bilirik”. Beləliklə, xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında ətraflı müayinə olunduqdan sonra xəstəliyin səbəbi aşkarlanıb. Artıq 49 yaşlı qadın uğurla əməliyyat olunub və problemlərindən xilas olub.#atutck @ ATU Tədris Cərrahiyyə Klinikası

ATU-da ağırlaşmış varikozdan uğurlu əməliyyat