Xəbərlər

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

26.02.2019

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

Yürüşdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəylinin rəhbərliyi ilə 1500 nəfər tələbə iştirak edib. 400 tələbə I müalicə-profilaktika, 400 tələbə II müalicə-profilaktika, 200 tələbə hərbi tibb, 200 tələbə stomatologiya, 150 tələbə əczaçılıq, 150 tələbə isə ictimai səhiyyə fakültələrini təmsil edib. Yürüşə tələbələrlə yanaşı, universitet rəhbərliyi, professor-müəllim heyəti də qatılıb.

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.