Xəbərlər

Rezidentler üçün

Rezidentler üçün "Təməl cərrahi bacarıqlar" kursu keçirilir

29.11.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin 1-ci kursunda təhsil alanlar üçün "Təməl Cərrahi bacarıqlar" kursu təşkil olunub.

Kursun rəhbəri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov qeyd edir ki, kursun məqsədi qəbul olunmuş yeni ixtisaslı rezidentlərə təməl cərrahi bacarıqları aşılamaqdır. Burada gələcəyin həkimlərinə düyünlərin bağlanılması, xalatların geyinilməsi, yaş toxuma üzərində tikiş qoyulması, dəri törəmələri və ateromanın xaric edilməsi və s. bu kimi praktik bacarıqlar öyrədilir.

Qeyd edək ki, ATU rezidentləri üçün belə kurslar mütəmadi olaraq təşkil edir. Bu dəfəki kursun müəllimləri ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov, III cərrahi xəstəliklər kafedrasının dosenti, Klinikanın treyninq mərkəzinin rəhbəri Elmar Şərifov, yuxarı kurs rezidenti Araz İsmayılov olub. Müəllimlər kursun təşkilində göstədiyi yardıma görə ATU-nun rektoruna və Cərrahiyyə Klinikasının rəhbərliyinə təşəkkürlərini bildirirlər.

I kurs cərrahi ixtisası üzrə rezidentlərin cərrahi bacarıqlarının artırılması məqsədi ilə təməl bacarıqlar və laporoskopik bacarıqlar kursunu yenidən başlatdıq.#atutck

Rezidentler üçün
Rezidentler üçün
Rezidentler üçün