Xəbərlər

Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub

Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub

28.11.2018

Əhali arasında tez-tez rast gəlinən problemlərdən biri də üz-çənə anomaliyalarıdır. Bu yaxınlarda Azərbaycan Tibb Universitetində (ATU) belə problemi olan xəstəyə yüksək ixtisaslı yardım göstərilib.

ATU-nun Ağız üz- çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev qeyd edir ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə xəstədə çeynəmə prosesi pozulubmuş. Eyni zamanda xəstənin sifət quruluşunda da əyrilik qeyd edilirdi. 
“Pasiyent qida qəbulunda çətinlik çəkirdi. Həmçinin, xəstənin üzündə estetik baxımdan da pozğunluqlar vardı - çənə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən kompyüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.

İ.Fərzəliyevin sözlərinə görə, üz skeleti sümüklərində 2 saat davam edən əməliyyat nəticəsində üzün quruluşu və dişlər tam bərpa olunub. Xəstədə çeynəmə qabiliyyəti tam bərpa olunub.#atutck

Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub
Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub