Xəbərlər

Beyin əməliyyatı xəstənin həyatını xilas etdi

Beyin əməliyyatı xəstənin həyatını xilas etdi

23.11.2018

“Adi bir öskürək xəstənin həyatına son qoya bilərdi. Ona görə də təcili beyin əməliyyatı aparmalı olduq”. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Fərid Qaralov bu yaxınlarda keçirilən mürəkkəb beyin əməliyyatı haqqında belə deyir.

F.Qaralovun sözlərinə görə, xəstədə “CHİARİ tip 1 malformasiyası”, yəni beyincik sallanması adlandırılan problem olub: “32 yaşlı qadın ciddi baş ağrılarından əzyyət çəkirdi. Bu şiddətli ağrılar xüsusilə öskürək nəticəsində ortaya çıxırdı. Bizə müraciət edən pasiyent gecələr yuxuda olduğu zaman tənəffüsün dayanmasından da şikayətlənirdi. Bu isə kifayət qədər ciddi və həyati təhlükəsi olan bir problemdir”. 
Neyrocərrah bildirir ki, bu halda beyincikdə həmin sallanmış hissə rezeksiya edilir. Bundan sonra onurğa beyin tam sərbəstləşdirilir, onurğa beyin mayesinin sirkulyasiyası normallaşdırılır.

“Beyində açılan hissədə budun enli fassiyası ilə deffekt plastika olunur. Belə bir əməliyyatla xəstə normal sağlam həyatına dönür”. 
Bu mürəkkəb əməliyyat 2 saata yaxın davam edib. Fərid Qaralov qeyd edir ki, pasiyentin üzləşdiyi xəstəlik kifayət qədər təhlükəli olub. Amma uğurlu əməliyyatdan sonra xəstənin həyatına olan təhlükə aradan qaldırlıb.#atutck

Beyin əməliyyatı xəstənin həyatını xilas etdi