Xəbərlər

Ortopedik Qrupun toplantısı keçirilib

Ortopedik Qrupun toplantısı keçirilib

13.11.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Ortopedik Qrupun 3-cü xəstəxanalararası ortopedik və travmotoloji toplantısı keçirilib.

Toplantıda ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirlinin“Displastik koksartrozlar diaqnostika və müasir müalicə taktikası”, ortopedik-travmatoloq Nicat Səttarovun “Uşaqlarda bazu xəstəliyinin, doğuş iflicinin cərrahi müalicəsi” mövzusunda məruzələri dinlənilib.

Müxtəlif xəstəxanalarda çalışan ortopedik-travmatolqların qatıldığı toplantıda məruzələr ətrafında, o cümlədən əməliyyat olunmuş, həmçinin əməliyyata hazırlanan mürəkkəb xəstələrin durumu, müayinə-müalicə yolları geniş müzakirə olunub və xəstələr barəsində konsilum qərarı verilib.

Qeyd edək ki, ayda 1-2 dəfə nəzərdə tutulan bu tipli toplantının keçirilməsində məqsəd rezidentlərin bilik səviyyəsini artırmaq, xəstəxanalararası əlaqəni gücləndirmək, xəstələrə yüksək səviyyədə xidmət göztərməkdən ibarətdir.#atutck

Ortopedik Qrupun toplantısı keçirilib
Ortopedik Qrupun toplantısı keçirilib
Ortopedik Qrupun toplantısı keçirilib
Ortopedik Qrupun toplantısı keçirilib