Xəbərlər

ATU mütəxəssisləri V Beynəlxalq Dodaq və Damaq Yarığı konfransında çıxış ediblər

ATU mütəxəssisləri V Beynəlxalq Dodaq və Damaq Yarığı konfransında çıxış ediblər

30.10.2018

Bakıda beşinci dəfə Beynəlxalq Dodaq və Damaq Yarıgı konfransı keçirilib. Səhiyyə Nazirliyinin dəstəyilə təşkil olunan konfrans Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə Dodaq və Damaq Yarıqları Dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda ADHTİ-nin rektoru, professor Nazim Qasımov açılış nitqi ilə çıxış edib. Konfransın sədri, ATU-nun ağzız və üz-çənə kafedrasının professoru Vaqif Qələndər bu beynəlxalq tədbirə dəstək olan hər kəsə öz minnətdarılğını bildirib. Məşhur cərrah son illər ölkəmizdə plastik cərrahiyyə, o cümlədən üz-çənə, dodaq və damaq yarığı cərrahiyyəsi sahəsində əldə edilən uğurlar və tibbi yeniliklərin tətbiqi barədə danışıb.
Konfransda Azərbaycan Tibb Universitetinin ağız üz çənə cərrahiyyəsinin kafedra müdiri Çingiz Rəhimov, Təkmilləşdirmə İnstitutunun, ölkənin dövlət və özəl klinikalarının qabaqcıl mütəxəssisləri iştirak ediblər. Qeyd olunub ki, tədbir bu sahədə fəaliyyət göstərən mütəxəssislərin nəzəri bilikləri və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün çox faydalıdır.
Toplantı zamanı ölkəmizin və Türkiyənin tanınmış mütəxəssisləri cərrahiyyənin bu sahəsində dünyada baş verən yeniliklər, öz təcrübələrində üzləşdikləri hallar və tətbiq olunan ən son tibbi üsullar barədə məruzələrlə çıxış ediblər.
Ümumilikdə iki gün davam edən konfrans çərçivəsində 28 xarici və 14 yerli mütəxəssisin mühazirələri səsləndirilib. Sonda iştirakçılara “DTT.Davamlı Tibbi Təhsil 13 kredit” balla təmin olunmuş sertfikatlar verilib.#atutck
ATU mütəxəssisləri V Beynəlxalq Dodaq və Damaq Yarığı konfransında çıxış ediblər
ATU mütəxəssisləri V Beynəlxalq Dodaq və Damaq Yarığı konfransında çıxış ediblər