Xəbərlər

ATU əməkdaşları Moskvada beynəlxalq tədbirdə çıxış ediblər

ATU əməkdaşları Moskvada beynəlxalq tədbirdə çıxış ediblər

25.10.2018

Oktyabrın 18-21-də Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Moskvada nüfuzlu beynəlxalq tədbirdə iştirak ediblər. II uşaq xəstəliklər kafedrasının professoru, ə.e.x. Amaliya Əyyubova və həmin kafedranın assistenti t.ü.f.d. Nurəngiz Hacıyeva Astma, Ağ Ciyərlərinin Xroniki Obstruktiv Xəstəlikləri və İmmunopatologiya üzrə XII Ümumdünya Konqresi; Molekulyar allerqologiya üzrə Ümumdünya Allerqoloqlar və İmmunoloqlarının I Qurultayı; Allergiya üzrə Ümumdünya Məktəbində (WATS) iştirak ediblər.

Beynəlxalq konqresdə dünyanın bir çox ölkələrindən görkəmli alimlər - İmmunopatologiya üzrə dünya təşkilatın prezidenti R.İ. Sepiaşvili, Ümumdünya allergiya üzrə təşkilatın sədri Dana Vallas, həmin təşkilatın keçmiş sədrləri Brayn Martin və Alen Kaplan, Vyana tibb universitetinin patofiziologiya və alergiya tədqiqatları mərkəzinin rəhbəri Rudolf Valentina, Ümumdünya Səhiyyə təşkilatından N. Xaltayev, akademik V.A. Çereşnev və digərləri iştirak edib. Konqresin həmsədrlərindən biri olan prof. Amaliya Əyyubova eyni zamanda, gənc alimlər arasında olimpiadanın münsiflər heyətinin üzvü seçilib.

Tədbirdə Nurəngiz Hacıyeva ATU-nun Tədris Cərrahiyyə Klinikasında aparılan elmi tədqiqat işinin bir fraqmenti və hal-hazırda dünyada olduqca aktual olan məsələ - allergiyanın molekulyar diaqnostikasına həsr edilmiş “Yenidoğulanlarda atopik dermatitin erkən diaqnostikası və proqnozlaşdırılması” məruzəsi ilə çıxış edib. Bu məruzənin təqdimatı auditoriyada böyük marağa səbəb olub. 
Azərbaycan alimlərinin bu elmi istiqamət üzrə ön sıralarda olmaları konqresdə iştirak edən alimlər və onların təmsil etdikləri ölkələrin elmi-tibb müəssisələri arasında daha sıx əlaqələrin yaranmasına və elmi araşdırmaların davamına səbəb olacaq.#atutck #atu #azerbaijan@dr_nurangiz_haciyeva_phd @ ATU Tədris Cərrahiyyə Klinikası

ATU əməkdaşları Moskvada beynəlxalq tədbirdə çıxış ediblər
ATU əməkdaşları Moskvada beynəlxalq tədbirdə çıxış ediblər