Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında

ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Qulaqcıq səyirməsi zamanı yeni müalicə üsulları və onların tətbiqi"nə dair seminar keçirilib

22.10.2018

ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardiologiya şöbəsində hər həftənin şənbə günləri müxtəlif mövzularda seminarlar keçrilir və əsas məqsəd gənc kadrlara, xüsusilə də rezidentlərə müəyyən mövzulara dair yenilikləri mənimsətmək, eyni zamanda həmin məlumatların gündəlik təcrübədə tətbiqini reallaşdırmaq, digər şöbələrin rezidentlərini də bu seminarlara cəlb etməklə tədris planını daha da zənginləşdirməkdir.

Bu silsilədən oktyabrın 20-də keçirilən seminarı kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Qalib İmanov açaraq “Qulaqcıq səyirməsindəki yeni müalicə üsulları və onların praktikada tətbiqi” ilə bağlı araşdırmalarını diqqətə çatdırmaq üçün sözü həkim-rezident Ruhəngiz Hüseynovaya verdi.

Kardioloji problemlərin necə çözülməsi, atriyal fibrilyasiya müalicəsində nələrin dəyişdiyini, hansı hallarda ablasiyaya göstəriş olub-olmadığını açıqlayan R.Hüseynova bildirdi ki, araşdırmanın hədəfi qulaqcıq səyirməsi və ürək çatışmazlığı mövcud xəstələrdə kateter ablasiyanın ölüm və ürək çatışmazlığına bağlı ağırlaşmalar kimi birincili sonlanım nöqtələrinə təsirini tədqiq etmək olmuşdur.

Araşdırma zamanı müntəzəm təqib 3, 6, 12, 24, 36, 48, və 60-cı aylarda xəstələrin muayinəsi şəklində aparılıb.

Ortalama təqib muddəti 38 ay olub. Ablasiya qrupundakı 179 xəstədən 28-i medikal müalicə qrupuna, medikal müalicə qrupundakı 184 xəstədən 18-i ablasiya qrupuna keçmişdir. Medikal qrupun yalnız 30%-də ritm kontrolu strategiyasi tətbiq edilmişdir. 60 ayda ablasiya qrupunun 63%-i, medikal qrupun 21%-i sinus ritmində olub və son təqibdə (48 ay) heç bir AF atakası izlənməmişdir. 
Kardioloji uzman İsmayıl Göyüşov isə araşdırmanın nəticələrini müqayisələrlə, əməliyyatların gedişatını video-görüntülər vasitəsilə daha ətraflı izah etdi.
Sonda seminar iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırıldı.#atutck

ATU-nun Tədris Cərrahiyyə Klinikasında
ATU-nun Tədris Cərrahiyyə Klinikasında
ATU-nun Tədris Cərrahiyyə Klinikasında