Xəbərlər

Boyundakı şişlərin əməliyyatında yeni səs aparatından istifadə olunub

Boyundakı şişlərin əməliyyatında yeni səs aparatından istifadə olunub

04.10.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qalxanabənzər vəzin çoxdüyünlüuru (zobu) diaqnozu ilə daxil olan xəstə uğurla əməliyyat olunub. Bu xəstədə səs maşınının müşayiətilə "Total tiroidektomiya" əməliyyatı uğurla icra edilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyir ki, 35 yaşlı xəstədə qalxanabənzər vəzin hər iki payında orta və böyük ölcülü düyünlər olub. Nəticədə xəstədə boğulma və təngnəfəslik əlamətləri müşahidə edilib: “Belə şikayətləri olan xəstədə isə cərrahi əməliyyat göstərişdir. Çox düyünlü zob zamanı xəstəni biopsiya etmək çətin olur. Bu zaman ən doğru seçim - cərrahi əməliyyatdır. Düyünlər 3 santimetrdən böyük olarsa və xəstəyə boğulma verərsə, bu halda əməliyyat olunmalıdır”.

A.Hümmətov bildirir ki, qalxanvari vəzin arxa səddində “qayıdan qırtlaq” siniri yerləşir. Bu sinir bizim səsimizə və səs tellərimizə nəzarət edən sinirdir. Əməliyyat zamanı 1 faiz də olsa, bu sinirin zədələnmə ehtimalı var. Odur ki, bu əməliyyatda yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında yerləşən səs cihazından istifadə məsləhət olunub.

“Cihazın üstünlüyü ondadır ki, əməliyyat zamanı qayıdan qırtlaq sinirinin aşkarlanmasına kömək edir. Digər tərəfdən, bu cihazın köməyilə sinirin yerini təyin etdikdən sonra siniri zədələməmək şansı əldə edirilk. Həm də bu cihaz əməliyyat zamanı toxuma bitişməsini müəyyənləşdirməyə imkan verir”.

A.Hümmətov bu əməliyyat zamanı sinirə zədə yetirmədən düyünlərin götürüldüyünü, vəzin tamamilə xaric olunduğunu deyir. Əməliyyat 1 saat 20 dəqiqə davam edib. Xəstənin vəziyyəti yaxşıdır.#atutck

Boyundakı şişlərin əməliyyatında yeni səs aparatından istifadə olunub
Boyundakı şişlərin əməliyyatında yeni səs aparatından istifadə olunub