Xəbərlər

Tibb Universitetində ilk radioloji kurs keçirilib

Tibb Universitetində ilk radioloji kurs keçirilib

10.05.2018

Azərbaycan Tibb Universitetində ənənəvi 6-cı ATUREK toplantısı – Rezidentlərin elmi-praktik konfransı keçiriləcək. Bu iri tədbir çərçivəsində universitetdə radioloji kurs keçirilib. ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri dosent Məlahət Sultanovanın dediyinə görə, kurs zamanı 3 mövzu ilə bağlı məruzələr dinlənilib

“Praktiki fəaliyyətimizdə daha çox rast gəlinən, lakin bəzən diaqnostikası çətin olan məsələlər barədə müzakirə açılıb. Məruzəçilərin hər biri öz sahəsində tanınmış mütəxəssislıərdir. İnanıram ki, ilk radioloji kursun böyük faydası olacaq və biz gələcəkdə bu tədbiri daha geniş formatda təşkil edə biləcəyik”.

Seminarda Professor dr. Ahmet Memiş “Damar xəstəliklərində müasir endovaskulyar intervension prosedurlar”, dosent Rasim Bayramov “İnterstisial ağciyər xəstəliklərinin radiologiyası”, dr. Kamran Yaqubov “Beyin qan dövranının pozğunluqlarının radioloji diaqnostikası” mövzularında mühazirələrlə çıxış ediblər. Sonra kurs iştirakçılarının sualları cavablandırılıb.

Tibb Universitetində ilk radioloji kurs keçirilib
Tibb Universitetində ilk radioloji kurs keçirilib