Xəbərlər

ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri Beynəlxalq simpoziumda iştirak etdilər

ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri Beynəlxalq simpoziumda iştirak etdilər

08.05.2018

ATU TCK Klinik-Diaqnostik laboratoriyanın əməkdaşları t.ü.f.d. Yavər Hacısoy və t.ü.f.d. Leyla Məmmədova Türkiyə respublikasının Eskişehir şəhərində keçirilmiş “Beynəlxalq iştiraklı Preanalitik dövr” simpoziumunda iştirak ediblər. Klinik Biokimya Uzmanları Dərnəyinin KBUD preanalitik tədqiqat qrupu,dəyərli alimlərin dəstəyi ilə analiz öncəsi dövrün müzakirə olunduğu proqramda biliklərin yenilənməsi, təcrübə mübadiləsi, qarşıya çıxan problemlər və onların həll yolları müzakirə ediblər.Həmçinin simpoziumda xəstə təhlükəsizliyi, preanlitik dövrün idarə olunması, preanalitik dövrdə keyfiyyət göstəriciləri və s. kimi mövzular haqqında ən son yeniliklər müzakirə olunub. Əməkdaşlarımız Yavər Hacısoyun təqdimatında bir məruzə və bir poster ilə çıxış ediblər. #atutck

ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri Beynəlxalq simpoziumda iştirak etdilər