Xəbərlər

ATU-da II Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri keçirildi

ATU-da II Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri keçirildi

05.05.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “II Azərbaycan- Türkiyə Kolorektal Cərrahiyyə Günləri” konfransı keçirilib.

Klinikanın direktoru, professor Surxay Hadıyev iştirakçıları salamlayaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Tanınmış cərrah, akademik Böyükkişi Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

E.S.C.P-nin Azərbaycan üzrə təmsilçisi, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva ölkəmizdə kolorektal cərrahiyyənin tarixi inkişafı və müasir səviyyəsi, rəhbərlik etdiyi qurumun son iki ildə gördüyü işlər və iştirak etdiyi tədbirlər barədə hesabat verib: “Azərbaycanda KoloRektal Cərrahiyyənin əsasını prof. H. Sultanov qoyub. Hal-hazırda Azərbaycan KoloRektal Cərrahiyyə məktəbi məhz onun adı ilə bağlıdır. ATU-nun nəzdində 2015 –cı ildə Azərbaycan KolonRektum cərrahi dərnəyi yaradılmışdır. Dərnəyin yaradılmasında AMEA-nın müxbir üzvü Prof.N. Bayramov və Ankara Tibb Universitetinin prof. E. Gecimin və prof X.Musayevin rolu olmuşdur. Azərbaycan Kolon və Rektum Cərrahiyə dərnəyinin ilk sədri isə Prof.X.Musayevdir.”

A.Səfiyevanın sözlərinə görə, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyi hər ayın son həftəsində mütəmadi olaraq toplantılar keçirib və müxətlif mövzuları əhatə edən müzakirə və diskusiyalar aparıb. Dərnəyin iki illik fəaliyyəti dövründə say etibarı ilə 20 iclas keçirilmiş, müxtəlif klinikalarda çalışan həkim cərrahların mövzular üzrə çıxışları olmuş və gənc həkimlərin dərnəyin toplantılarında aktiv iştirakına şərait yaradılıb. Dərnək üzvlərinin sayı 100 keçirilib.

Avropa Koloproktologiya Cəmiyyətinin prezidenti, Ankara Universitetinin professoru Ethem Gecim “Perianal fistullar zamanı cərrahi taktika”, “Büzdümün dermoid kistaları zamanı müasir müalicə prinsipləri”, Ankara Universitetinin professoru Ayhan Kuzu “Anarektal bölgənin anatomiyası”, “Babasil xəstəliyi və müalicəsi”, Azərbaycan Tibb Universitetinin professoru Eldar Əliyev “Perianal fistulların setonla müalicəsi”, Ankara Universitetinin dosenti Cihangir Akyol “Perianal abseslər nədir?”, “Anal çatlarda müalicə üsulları”, Azərbaycan Tibb Universitetinin dosenti Solmaz İmanova “Rektal prolaps” mövzularında məruzə ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb. Konfrans iştirakçılarına sertifikatlar verilib.