Xəbərlər

ATU-nun Cərrahiyyə Klinikasında əcnəbi qadının hamiləliyi uğurla nəticələnib

ATU-nun Cərrahiyyə Klinikasında əcnəbi qadının hamiləliyi uğurla nəticələnib

28.02.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasına müraciət edən əcnəbi qadınının hamiləliyi uğurla başa çatdı. 
Doğuşu qəbul edən 1-ci mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, hamiləlik zamanı qadında bir sıra problemlər meydana çıxıb: “Qadında böyrək daşı xəstəliyi, bakteriyauriya, hipotireoz, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından əvvəl axmasına baxmayaraq, hamiləlik uğurla nəticələnib.

Hamiləliyin 34-cü həftəsində 2100 q döl doğulub. Yenidoğulmuş körpə üzərində respirator distress sindromunun profilaktikası aparılıb. Qadın və övladı kafi vəziyyətdə evə yazılıblar. Valideynlərini və ailə üzvlərini körpənin dünyaya gəlməsi münasibətilə təbrik edirik”.#atutck