Xəbərlər

Dəmir aşağı ətrafdan girdi və beldən çıxdı

Dəmir aşağı ətrafdan girdi və beldən çıxdı

04.01.2018

Şamaxıda baş vermiş yol qəzasında ağır yaralanan sürücü artıq palataya köçürülüb və özünü qənaətbəxş hiss edir. Bu sözləri həmin vətəndaş Bakıya çatdırılan kimi tədbir görən ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrahı Azər Qasımov və 3-cü Cərrahi xəstəliklər şöbəsinin müdiri Aydın Əliyev deyir.
Qeyd edək ki, Şamaxıda baş vermiş dəhşətli yol qəzasında sürücü ağır yaralanmışdır. Belə ki, yüksək sürət nəticəsində yolun ortasında olan dəmir arakəsmə maşını deşərək sürücünün aşağı ətraflarından girərək belindən çıxmışdı. Vəziyyəti kritik olduğundan o Şamaxıdan Bakıya Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına göndərilmışdır. #baku #yeniil2018#azerbaycan #atutck #hadise #doctor #teciliyardim #shamaxi

Dəmir aşağı ətrafdan girdi və beldən çıxdı