Müsahibələr

Ağcaqanad dişlədikdə hansı tədbirləri görmək lazımdır?!

Ağcaqanad dişlədikdə hansı tədbirləri görmək lazımdır?!

Azərbaycan Tibb Universitetinin 2- ci uşaq xəstəlikləri kafedrasının həkimi Nurəngiz Hacıyeva: "Ağcaqanad dişlədikdə hansı tədbirləri görmək lazımdır?!"
1. Əl altında heç nə olmadıqda qaşınan səthə təzyiq tətbiq edərək müvəqqəti olaraq qaşınmanın azalmaq olar.
2. Soyuq suda islanmış dəsmalla və ya buz paketi tətbiqi, qatıq yaxmaq qaşıntıları azaltmağa kömək edə bilər. 
3. Ağcaqanad dişlədikdə sodalı (1 stakana 2 çay qaşığı soda) məhlulla vanna etmək, 9% sirkə məhlulu ( 1:3 defe durulaşnış), yod, bir spirti, salisil spirti, fenistil gel.
4. Ən ziyansız, iltihabı da götürən kalendula və ya aloe vera və ya çay ağacı yağı hər bir evdə ehtiyat şəklində olmalıdır. 
5. Allergik reaksiyalar, şişkinlik olduqda yerli hidrokortizon kremi və daxilə allergiya əleyhi damcılar teyin edilə bilər. 
6. İstənilən halda ağcaqanad dişlənməsindən qorunmaq, qarşısın almaq daha yaxşıdır, nəinki sonra diskomfort yaşamaq.