Xəstəxana qaydaları

  1. Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yaranabiləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
  2. Tək nəfərli və VİP otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının, eləcə də gül buketlərinin gətirilməsi qadağandır.
  3. Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməməyiniz xahiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
  4. Xəstəyə ziyarət saatları 17:00-19:00-dır  (xəstənin qaldığı otaq tipinə görə bu, dəyişə bilər)
  5. Görüş zamanı otağa 2 nəfər daxil ola bilər.
  6. Saat 22:00-dan öncə olan yatışlar növbəti gün saat 11:00-da 1 gün sayılır. Saat hesablanarkən təcili yardıma daxil olma vaxtı əsas götürülür.
  7. Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər kafedən ödənişlə təmin edilir. Servis kafedən otağa nağd ödənişlə verilir.
  8. Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanacaqdır.
  9. Əməliyyat olunacaq xəstələrin geyimləri xəstəxana tərəfindən verilir.
  10. Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakılar isə ödənişlidir.
  11. Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir yerə arayış, bülliten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
  12. Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret və alkoqollu içkilərin içilməsi qəti qadağandır.