Xəbərlər

ATU-nun xarici tələbələrinin sayı daha da artacaq

ATU-nun xarici tələbələrinin sayı daha da artacaq

01.04.2016

ATU-nun xarici tələbələrinin sayı daha da artacaq

Bu gün İngiltərənin “Elevita Company” firmasının məsləhətçisi, professor Keyt Brumer Azərbaycan Ttibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı olub.
Səfərin məqsədi Azərbaycan Tibb Universitetində əcnəbi tələbələr üçün yaradılan şəraitlə tanış olmaq, universitet haqqında xarici ölkələrdə gənclər arasında daha çox məlumat yaymaqdan ibarətdir.

ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə yaxından tanış olan Keyt Brumer buradakı bacarıq otaqlarını gəzib, Tədris Treninq mərkəzindəki müasir və son model tibbi avadanlıqlarla tanış olub. Qonağa “Anatomaj”, “Miti” aparatlarının funksiyaları haqqında geniş məlumat verilib.

K.Brumer Tibb Universiteti ilə tanış olduğundan məmnunluğunu ifadə edib. Professor burada əcnəbi tələblərin keyfiyyətli təhsili üçün hər cür lazımi şərait yaradıldığını qeyd edib. Onun sözlərinə görə, yeni tədris ilində ATU-ya bir sıra 
Avropa, Asiya, o cümlədən Hindistandan tələbələr gələcək. 
Professor Brumer ATU ilə əməkdaşlığın qarşıdakı dövrdə daha da möhkəmləndiriləcəyindən əminliyini vurğulayıb.
Görüş zamanı Tədris Cərrahiyyə Klinikasının tədris treyninq mərkəzinin müdiri Qorxmaz Həsənov, Azərbaycan Tibb Universitetinin 2014-cü ildə fəaliyyətə başlamış Tədris Cərrahiyyə Klinikasında yerləşən Tədris Treninq Mərkəzi (TTM) tələbə, həkim-rezidentlər üçün nəzərdə tutulmuş, dünya standartlarına uyğun ən müasir avadanlıqla təchiz olunmuş çoxfunksional bacarıq laboratoriyası olduğunu qeyd etdi.

Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının beynəlxalq əlaqələr üzrə şöbə müdiri Aygün Şükürova da iştirak edirdi.