Əməliyyat bloku

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) umumi cərrahiyyə şöbəsi 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir. Klinikanın Əməliyyat bloku  dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla, 18 əməliyyat  otağını özündə birləşdirir. Klinikada  demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, üz-çənə cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi, ginekoloji əməliyyatlar, burun-qulaq-boğaz, neyrocərrahı, travmatologiya və ortopediya və  s. əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəılxalq standartlara cavab verirr.
Ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək  standartlara  cavab  verən  əməliyyat  
blokunun olması, Avropanın bir sıra aparıcı  klinikalarında təcrübə  keçən  cərrahlar, əməliyyat  zamanı  ultrasəs  və  rentgen   müayinəsinin  ən  müasir cihazlar vasitəsi ilə  aparılması, əməliyyatların  video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.