Elanlar

“RİNOPLASTİKA” və “TERAPEVTİK VƏ CƏRRAHİ ÜZ ESTETİKASININ TƏTBİQİ” online disseksiya kursları

“RİNOPLASTİKA” və “TERAPEVTİK VƏ CƏRRAHİ ÜZ ESTETİKASININ TƏTBİQİ” online disseksiya kursları

25.04.2019

Əziz həmkarlar!
26-27 Aprel 2019-cu il tarixlərində Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə klinikasında “RİNOPLASTİKA” və “TERAPEVTİK VƏ CƏRRAHİ ÜZ ESTETİKASININ TƏTBİQİ” online disseksiya kursları keçiriləcəkdir. Online kurslar Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur. Hər bir kursda iştiraka görə hər bir iştirakçı 4 davamlı təhsil kredit balı əldə edəcəkdir. Otorinolarinqoloqlar, üz-çənə cərrahları, plastik cərrahlar, ümumi cərrahlar, dermatoloqlar, anatomlar kursda iştirak etməklə davamlı təhsil kredit balı əldə edə bilərlər!

Kursda iştirak qiyməti
Rinoplastika disseksiya kursu -60 azn;
Üz estetikası kursu – 70 azn:
Online kursda iştirak edə bilmək və davamlı təhsil kredit balı əldə edə bilmək üçün www.orl.org.az saytının müvafiq bölümündə qeydiyyatdan keçmənizi rica edirik.

Qeyd: Tədbirdə əldə edilmiş kreditlərin iştirakçıların elektron hesabatında əks olunması üçün şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fin kodu qeydiyyat masasına təqdim olunmalıdır!

Online kursun keçirilmə məkanı:

Azərbaycan Tibb Universiteti, Tədris- Cərrahiyyə Klinikası ATU –TCK,

13 mərtəbə konfrans zalı

Əlaqə nömrələri:
Lala xanım – 050 228 20 65
Şirazi dr – 050 312 12 56