Elanlar

Bud-qalça və diz artroplastikasının aktual problemləri

Bud-qalça və diz artroplastikasının aktual problemləri

14.12.2018

21.12.2018-ci il saat 13:00-da Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında "Bud-qalça və diz artroplastikasının aktual problemləri" seminarı keçiriləcəkdir.

“Bud-qalça və diz artroplastikasının aktual problemləri” adlı seminarda əməliyyat zamanı sirkə kasasının yerləşdirilməsi, total bud-çanaq artroplastikası zamanı yumşaq toxumaların bərabərləşdirilməsi, qeyri-stabil bud-çanaq oynağının stabilləşdirilməsi, həmçinin displastik koksoartrozlara müasir cərrahi yanaşma, revizion artroplastika və başqa aktual cərrahi ortopedik məsələlər müzakirə olunacaq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbir iştrakçılarına 4 Davamedici Tibbi Təhsil Balı veriləcək.

Ünvan: Bakı şəh., Mirqasımov küç.,1004-cü məhəllə. Əlaəqdar şəxs: +99450 228 20 65