Xəbərlər

ATU-nun dosenti plastik cərrahların elmi konqresində iştirak edib

ATU-nun dosenti plastik cərrahların elmi konqresində iştirak edib

30.03.2021

Martın son günlərində plastik cərrahiyyə sahəsində maraqlı beynəlxalq tədbir keçirilib. Dünyanın hər yeindən tanınmış cərrahların qatıldığı toplantıda ölkəmizi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyə kafedrasının dosenti Nigar Sultanova təmsil edib.

Doktor N.Sultanovanın sözlərinə görə, martın 27-28-də ISAPS təşkilatının (International Society of Aesthetic Plastic Surgeons – Plastik və Estetik Cərrahların Beynəlxalq Cəmiyyəti) təşəbbüsü ilə ümumdünya bilik marafonu keçirilib.  48 saat ərzində  onlayn formada davam edən konqresdə dünyanın 91 olkəsindən 400-dən çox iştirakçı qatılıb.

Plastik cərrahların virtual toplantısında ATU-nun təmsilçisi Nigar Sultanova “New antropometric landmark, measurement and proportion indices for determining the nasal tip width” mövzusunda məruzə ilə çıxış edib.  Azərbaycanlı cərrahın məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

ATU-nun dosenti plastik cərrahların elmi konqresində iştirak edib
ATU-nun dosenti plastik cərrahların elmi konqresində iştirak edib
ATU-nun dosenti plastik cərrahların elmi konqresində iştirak edib