Sual-Cavab

+ Sual yaz
09.04.2018
Leyla Əhmədova
Sual: Salam sizde meslehetli lhekim kimdi?Rüfət qurbanov nece hekimdi? ?
Cavab: Salam.Klinikamızın həkimləri savadlı,istedadlı mütəxəssislərdir. Rüfət Qurbanovda bele mütəxəssislərimizdəndir.
07.04.2018
Aysel Aliyeva
Sual: Salam Vitamin və minerallarin analizi və qanin ümumi analizin qiymetlerini yazardiniz zehmet olmasa ?
Cavab: Salam.Natrium-8 azn,kalium 8 azn,kalsium 8 azn,fosfor-8 azn,maqnezium-8 azn,qanın ümumi analizi-10 azn,fol turşusu-16 azn,vitamin B12-20 azn,vitamin B6-100azn,Vit D3-40azn.
07.04.2018
Akif Aliyev
Sual: Salam,sizde koaquloqramma analizi vermek mumkundur?ve qiymeti ne qederdir ?
Cavab: Salam.Koaquloqramma -protrombin zamanı+İNR-9 azn,APTZ-7 azn,fibrinogen-8 azn,trombin zamanı-10 azn.
06.04.2018
Oral Ismayilov
Sual: Salam sizde doppler uzinin qiymeti ne qederdi? ?
Cavab: Salam.Hansi nahiyyəni istediyinizi yazın zəhmət olmasa.
05.04.2018
Sole Agayeva
Sual: Salam sizde Uzi Aynure xanim isliyir zehmet olmasa elaqe nomresin yazardiniz qebuluna yazilmaq istiyirdim ?
Cavab: Salam.050-527-56-18
05.04.2018
Meryem  Zeynalli
Sual: Salam Bilmek isterdim hazirda yuksek tezyiqle bagli hansi hekime muraciet etmek olar? ?
Cavab: Salam. Kardioloqlarımıza müraciət edə bilərsiniz.
05.04.2018
Gunay Memmedli
Sual: Salam Endokrinoloq Azer Hummetovun qebulu nece manatdi ve ne qeder muddetde kecerlidi ?
Cavab: Salam. Konsultasiyası 30 azn.Konsultasiya ödənisi 20 gün keçərlidir.
05.04.2018
Sadiq  Husenov
Sual: Salamzəhmət olmasa kilinik Mikrobiologiya mütəxəssisi Leyla Məmmədovanın əlaqə nömrəsin yazasız ?
Cavab: Salam.Tel:(012)923-daxili nomrə 1234 ilə əlaqə saxlaya bilərsiniz.
05.04.2018
Fidan  Agalarova
Sual: 11 aprelde klinikaniz isleyir mi? (Qalib imanovun qebulu) ?
Cavab: Salam.Qalib İmanovun pasient qəbulu olmayacaq.
05.04.2018
Fidan  Agalarova
Sual: Kardioloq Qalib Imanovun is gunlerini ve saatlarini oyrene bilerem mi? ?
Cavab: Salam.Həftənin I-V günlər, saat 9:00-dan etibarən.
05.04.2018
Saida Rzayeva
Sual: SalamKoklush ve parakoklush xesteliyni korpe ushagda yoxlamag ucun xansi analizi vermek lazimdir? Sizde bu analizler olunur? ?
Cavab: Salam.Konsultasiya üçün həkiminizə Müraciət edin zəhmət olmasa.
05.04.2018
Elşən Nəcəfov
Sual: Mühafizə xidmətinin əməkdaşları ilə bağlı şikayətimi kimə və necə bildirmək olar? ?
Cavab: Salam.Şikayət və təklifləriniz üçün klinikamıza müraciər edə bilərsiniz.
05.04.2018
Nazile  Imanova
Sual: Salam hepatit c olub olmağın yoxlamaq üçün hansı analizlər verilməlidi ?və qiymətləri zəhmət olmasa ?
Cavab: Salam.Anti HCV 16 azn.
04.04.2018
sadiq Hüseynov
Sual: Salam PCR muainəsinin qiyməti?zəhmət olmasa ?
Cavab: Salam.HCV RNT PZR (virus yükü)-150 azn
04.04.2018
Zehra Osmanova
Sual: Salam Necisin umumi analizinin qimeti ne qederdir? ?
Cavab: Salam.Nəcisin ümumi analizi 8 azn.
04.04.2018
Zəhra Adıgözəlzadə
Sual: SalamMən qan analizi vermişəm bu gun cavabini internet vasitəsi ilə öyrənmək istəyirəm necə öyrənə bilərəm? ?
Cavab: Salam.Səhifəmizdə analizlərin cavabı bolməsinə daxil olursunuz. Müvafiq xanalara Xəstə No və Nümunə NO daxil edirsiniz .
04.04.2018
Mehriban Gurbanova
Sual: Salam,sizde medenin rentgeni,irrinografiya ve endoskopiya neçeyedi,nZehmet olmasa yazin ?
Cavab: Salam.Mədə və 12 b.b-ın kontraslı r-skopiyası 25 azn, irriqoqrafiya-80 azn,qastroduodenoskopiya 65 azn,koloniskopiya 100 azn.
03.04.2018
Nurlan Bayramov
Sual: Mende deri alti wiwler jiravik onlarin mualice etmek mumkundu?cerrahiyye yolla kesilmesi neceyedi? ?
Cavab: Salam.Konsultasiya üçün mütəxəssislərimizə müraciət edin.
02.04.2018
Nurengiz zeynalova
Sual: SalamUzist Aynur xanimin is qrafikin bilmek isterdim ?
Cavab: Salam.I-V günlər saat 9:00 dan etibarən.
02.04.2018
Евез Асланов
Sual: Салам Елигусейн доктор бу клиникада ишлейир?nГепатете бахыр ?
Cavab: Salam.Xeyr yoxdur.
+ Sual yaz
123...9899100...124125126