Sual-Cavab

+ Sual yaz
07.05.2019
Ramin  Mustafayev
Sual: Salam1Boyun nahiyəsinin mrt-si neçəyədir?n2Diafraqma yırtığı əməliyyatı neçəyə başa gəlir?(qeydmədənin 34 hissəsi diafraqmanın yırtığndan yuxarı çıxıb)n ?
Cavab: Salam. Boyun nahiyyəsi MRT-160 azn. Əməliyyat ödənişləri barədə məlumat almaq üçün klinikamıza müraciət edin zəhmət olmasa.
07.05.2019
Əminə  Məmmədova
Sual: SalamBel oma nahiyəsi MRT qiyməti necəyədir?nBazar gunləri MRT etmək olarmi?Yataq xəstəsidirGozlememek ucun qabaqcadan novbeye yazilmaq lazimdir ?n ?
Cavab: Salam. MRT-160 azn. Qeydiyyata yazılmaq üçün Tel:012 923 (daxili nömrə 1231).
07.05.2019
Toma Oruczade
Sual: Salam, sizde bogazdan yaxma analizi nechiyedi? ?
Cavab: Salam. Əsnək kultivasiya-25.96 azn.
06.05.2019
Ziyadxan Suleymanov
Sual: Salam Sizde EEQ Elektroenseloqrafiya muayinesi neciyedir ? ?
Cavab: Salam.EEQ-47 azn.
06.05.2019
naməlum naməlum
Sual: klinikada qebulun qiymeti neciyedi ? ?
Cavab: Salam.Həkim müayinələri ödənişlidir və konsultasiyalarda həkim fərqi var.
06.05.2019
Кама Gasimova
Sual: Salam, vit d ve ganin umumi analizi necyedi sizde?nCox sagolun ?
Cavab: Salam.Vit D-47 azn,qanın ümumi analizi 11.80 azn.
06.05.2019
ilqar həmidov
Sual: salam həkim məndə belə bir problem sag xayalıqda 7mm sol xayalıqda 6mm ölçüdə kista var analiz verməliyəm ? yoxlandım həkim dediki mütləq müalicə olunmalısan spermaqrammadan analiz verdim zeiflik var həkim müalicəylə kista əriyər ya əməliyyatlıqdı ?
Cavab: Salam. Konsultasiya almaq üçün klinikamızın mütəxəssislərinə müraciət edə bilərsiniz.
05.05.2019
Arzu Hümbetova
Sual: SalamSizin klinikada doğulan uşaqlara BSJ peyvendi elave ödenişlidir? ?
Cavab: Salam. Ödənişsizdir.
04.05.2019
Naile Qafarova
Sual: Keser emeliyyatlndan sonra duqlasa mayenin ylqllmasl ne ile elaqedardlr? ?
Cavab: Salam.Konsultasiya almaq üçün klinikamızın mütəxəssislərinə müraciət edə bilərsiniz.
04.05.2019
Hümbetova Arzu
Sual: SalamKlinikanızda doğulan uşaqlara BSJ ve OPV peyvendinin qiymeti? ?
Cavab: Salam.Tel:012923 (daxili nömrə 1041) ilə əlaqə saxlayıb məlumat ala bilərsiniz.
04.05.2019
Emil Xuduzadə
Sual: Tuqay Şahin həkim sizinlə çalışır hal hazırda çiyin agrim üçün müraciət etmək istəyirdim ?
Cavab: Salam. Bəli klinikamızın mütəxəssisidir.
04.05.2019
Nuranə Hüseynova
Sual: Salam,sizde yenidoğulana MRT müsyinəsi olunur? Anesteziya altında təbii ki ?
Cavab: Salam.Xeyr olunmur.
03.05.2019
Aytac Semeddinli
Sual: Salam sizde usagin ayagininin rentgeni neciyedir?yeniki ayaginda siniq cixiq var ya yox bilmek ucun zehmet olmasa qiymeti die bilerisz ?
Cavab: Salam. Zəhmət olmasa ayağın hansı nahiyyəsinin rentgenini istədiyinizi qeyd edin.
03.05.2019
İzzet Mikayilov
Sual: Salam Sizdə uzi 6cı günlər fəaliyyət göstərirmi ?
Cavab: Salam. Bəli
03.05.2019
Nermin Elekberova
Sual: Kellenin MRT qiymeti? ?
Cavab: Salam. 160 azn.
03.05.2019
Sevda Memmedova
Sual: Salam sizde uzi xidmetine endirim olur? Tibb iscilerine? ?
Cavab: Salam.Klinikanın işçilərinə və Tibb Universitetinin tələbələrinə,I qrup əlillərə endirim olunur.
03.05.2019
Erol Alili
Sual: Salam 23 həftəlik döl üçün rəngli doppler qiyməti neçəyədir sizdə? ?
Cavab: Salam.71 azn (həkim fərqi var).
03.05.2019
Şahin Rəhmanov
Sual: Salam Bilmək isrəyirdim, siz də mini invaziv boyun və yaxud bel yırtıqları əməliyyatı olur? ?
Cavab: Salam.Bəli qeyd etdiyiniz əməliyyatlar icra edilir.
02.05.2019
Muslum Semedov
Sual: Salam sizin klinkada ürey stentin qiymeti neciyedir ?
Cavab: Salam.Məlumat almaq üçün klinikamıza müraciət edin zəhmət olmasa.
02.05.2019
Təranə Vəlizadə
Sual: Salam,sizdə şəkər yüklənmə testi neçəyədir? Tibb işçilərinə endirim olur? ?
Cavab: Salam/ Qlukoza tolerans testi-18.88 azn. Klinikanın işçilərinə və Tibb Universitetinin tələbələrinə endirim olunur.
+ Sual yaz
123...858687...175176177