Sual-Cavab

+ Sual yaz
03.07.2019
Gunel Seferli
Sual: Salam Seymen hekimin nomresi var sizde ginekoloq? ?
Cavab: Salam. TEl: 050- 350- 16- 83
03.07.2019
rena axmedova
Sual: Sizin laboratoriyada verilen analizin cavabini hansi saitden goture bilerik? ?
Cavab: Salam.http://www.atu-tck.edu.az/ saytında" analizlərin nəticələri " bölməmizdən cavabları əldə edə bilərsiniz.
03.07.2019
Ilahe Qasimova
Sual: SalamArzu xanimda 7 8 heftelik hamilenin uzisi neciyedi urey doyuntusune baxmaq ?
Cavab: Salam.Qeyd etdiyiniz həkim klinikamızın mütəxəssisi deyil.7-8 həftəlik hamiləlik USM-30 zn.
03.07.2019
Sevinc Məmmədova
Sual: Salam T3 və T4 analizlərinin qiyməti neçiyə di? Analizə gələndə ac gəlmək lazımdır? ?
Cavab: Salam. T3-20.06 azn,T4- 20.06 azn. Ac olmağınız vacibdir.
03.07.2019
Nurlana  Memmedli
Sual: Salam REVMATOLOQ SURXAY HEKIMIN QEBULU NECIYEDI IW GUNLERINIDE YAZIN ZEHMEY OLMASA COX SAGOLUN ?
Cavab: Salam. Tədris Terapevtik klinikamıza müraciət edin zəhmət olmasa.
02.07.2019
Nuranə Musayeva
Sual: SalamASO analizinin qiymeti neçədir?Bir de sizde hormon analizlərinin (TSH,free T4) nəticələri neçə vaxta hazir olur? ?
Cavab: Salam. ASO-9.44 azn.3-4 saat ərzində nəticələri əldə edə bilərsiniz.
02.07.2019
Həsən İmamalıyev
Sual: Salam bağışlayın narahat edirəm Sizdə cənə əməliyatını hansı həkim edir və qiyməti neçədi Zəhmət olmasa bu barədə məlumat verərdiz ?
Cavab: Salam. ÜZ-çənə cərrahiyyəsi kafedrasının mütəxəssisləri qeyd etdiyiniz əməliyyatı icra edirlər.
02.07.2019
Nigar Abdullayeva
Sual: Zehmet olmasa prolaktin analizinin qiymetini diyerdiz ?
Cavab: Salam.Prolaktin- 20.06 azn.
02.07.2019
Nezaket Ismailova
Sual: Salam Ayaq bileyinin col terfindeki sumukle bagli uzun zamandir agrilarim vardir Muayine olunmaq ucun hansi ixtisasli hekime muraciet etmek lazimdir? ?
Cavab: Salam. Travmatoloqlarımıza müraciət edə bilərsiniz.
02.07.2019
Orxan Mansumov
Sual: Salam sizdə ümumi Mrt neçəyədir ?
Cavab: Salam. Bir nahiyyənin MRT-si 160 azndir. (Ümumi MRT yoxdur)
01.07.2019
Vusal Ehmedli
Sual: Salam usaqin urey kardioqramasi neceyedi? ?
Cavab: Salam. EKQ-12 azn.
01.07.2019
Amin Asgarli
Sual: Salam, Sizdə qan qrupunu öyrenmek üçün analizin qiyməti neçiyədi? ?
Cavab: Salam. Qan qrupunun təyini- 8.26 azn.
01.07.2019
Nermin Huseynova
Sual: Salam sizde uşaq üçün en yaxshi nevroloq həkim kimdi? ?
Cavab: Salam. Tədris Terpevtik klinikamıza mürciət edə bilərsiniz.
01.07.2019
Nergiz Ali
Sual: Salam siz dogumqabagi analizler paketi neciyedir Hansi analizlerdi ve qiymet ?
Cavab: Salam.Məlumat almaq üçün klinikmıza müraciət edə bilərsiniz.
01.07.2019
Ülkər Bahadurzade
Sual: SalamZehmet olmasa Nərminə xanım dopleri neceye edir deyerdiz Birdə ki əvvəlcədən yazılmaq lazım? ?
Cavab: Salam. Dopler müayinə 47 azn. Öncədən yazılma yoxdur.
30.06.2019
Ulvi Besirov
Sual: Salam Qanda hormonlarin analizinin qiymetini deyerdizde ?
Cavab: Salam. Qanda bir hormonun təyini 20.06 azn-dir.
29.06.2019
Aysə Məmmədova
Sual: Salam sizdə genetik müayinə neçəyədir ?
Cavab: Salam.Hansı analizi istədiyinizi qeyd edin zəhmət olmasa.Klinikamızda genetik analizin 500-ə yaxın növü icra edilir.
29.06.2019
Adil  Mamedov
Sual: Salam,sizde onurga sutununun MRT neciyedi? ?
Cavab: Salam.Bir nahiyyənin MRT-si- 160 azn-dir
29.06.2019
Aysə  Məmmədova
Sual: Androloq İlham doktorun qəbulu neçəyədi ?
Cavab: Salam. İlham Əhmədovun konsultasiyası 50 azn-dir.
29.06.2019
Aysə Məmmədova
Sual: Salam sizdə xayaların müayinəsi neçəyədi ?
Cavab: Salam.Xaya USM- 30 azn,Xaya dopler- 30 azn.
+ Sual yaz
123...707172...175176177