Sual-Cavab

+ Sual yaz
12.07.2019
Aytekin Musayeva
Sual: Usm in qiymetini yazardiz ?
Cavab: Salam. Hansı nahiyyəni istədiyinizi qeyd edin zəhmət olmasa.
12.07.2019
Aytekin  Musayeva
Sual: Sizde girisde odenis olur hekimin qebuluna birde Sedreddin hekimin qebuluna dusmek ucun novbe goturmek lazimdi ?
Cavab: Salam. Konsultasiyalar ödenişlidir. Öncədən yazılma yoxdur,canlı növbə olur.
12.07.2019
Aytekin Musayeva
Sual: Kolonoskopiyanin qiymeti? ?
Cavab: Salam. 118 azn.
12.07.2019
Nurane Bagirova
Sual: Salam sizde zobun analizi ve uzi qiymeti neceyedir? ?
Cavab: Salam. Qalxanvari vəz 24 azn,TSH-20.06 azn,T3-20.06 azn,T4-20.06 azn.
11.07.2019
Əsmər Abdurrəhmnova
Sual: 24 həftə dopler qiyməti neçəyədir ?
Cavab: Salam.24-cü həftədə dopler müayinəsi edilmir.
11.07.2019
RAUF Abdullayev
Sual: Salam sizdə qida borusu mədə müayinə etmək olurmu və qiyməti neçəyədir ac qarına gəlmək lazımdır sağolun ?
Cavab: Salam. Müayinədə ac olmalısınız.Qastroduodenoskopiya-77 azn,mədə və 12 b.b. rent.-42 azn.
11.07.2019
Cavid Huseynov
Sual: Odde palip var emeliyatinin qiymetini yazardizda zehmet olmasa ?
Cavab: Salam.Məlumat almaq üçün klinikamıza müraciət edin zəhmət olmasa.
11.07.2019
Gultakin Aslanova
Sual: Salam Ekiz hamiləlik 33 həftəsində dopler oluna bilərmi, Əgər mümkünsə qiymətini də yazardız Əvvəlcədən təşəkkür edirəm ?
Cavab: Salam.142 azn.
11.07.2019
Sabina Gulaliyeva
Sual: Salam koaqluqramma ve d-dimer analizleri vererken acqarnina gelmek lazimdir zehmet olmasa melumat vererdiniz ?
Cavab: Salam. Bəli ac olmağınız vacibdir.
11.07.2019
Arzu Muxtarova
Sual: Salam Aynur xanımın uzisinde hamileliyin 17-18 heftesinin ödenişi ne qederdir? ?
Cavab: Salam.59 azn.
11.07.2019
Ruhiyyə Quliyeva
Sual: Salam Zəhmət olmasa sistoskopiyanın qiymətini yazın ?
Cavab: Salam.Məlumat almaq üçün klinikamıza müraciət edin zəhmət olmasa.
11.07.2019
Turkan Velizade
Sual: Salam,bu analizlerin qiymetini yazardiniz zehmet olmasanqan ümumi analizinig e nfe nkalsium nD 3 ?
Cavab: Slm. Qanın ümumi analizi -11.80 azn,kalsium-9.44 zn,dəmir- 9.44 azn,vit D-47 azn.
10.07.2019
Afər Əsgərova
Sual: Salam sizdə Poluxov Ramizin konsultasiyası neçiyədir? ?
Cavab: Salam.Ramiz Poluxovun konsultasiyası -47 azn-dir.
10.07.2019
Zeyneb Memisova
Sual: Crp analizinin qiyməti neçəyədir? ?
Cavab: Salam.CRP-9.44 azn.
10.07.2019
Mikayil Cabbarov
Sual: Salam Sizdə hiv hebatit b, hebatit c analizleri var? varsa hansi sistemle aparili ve qiymeti necedir? ?
Cavab: Salam.Anti HCV 22 azn, HBsAgUltra-19azn,AntiHİV-24 azn. Analizlərə Abbott architect aparatında baxılır.
10.07.2019
Gülşən  Imranova
Sual: Salam Zəhmət olmasa kolonoskopiya və endoskopiyanin narkoz ilə qiymetini yazasınız ?
Cavab: Salam.Kolonoskopiya-118 azn, qastroduodenoskopiya-77 azn,sedasiya-59 azn.
10.07.2019
Rəşadə Hüseynova
Sual: Salam,yayda tələbələr praktika üçün müraciət edə bilər?mümkündürsə necə etmək lazımdır? ?
Cavab: Salam. Kadrlar şöbəmizə müraciət edə bilərsiniz.
10.07.2019
Ilahe Qasimova
Sual: SalamHamileliyin necenci heftesinde doplere girmek mumkundubirde Aynur xanimda doplerin qiymetin deyerdizde ?
Cavab: Salam. Hamiləliyin 32-33 həftəsində dopler keçə bilərsiniz. Hansı həftədə keçməyinizi qeyd etməlisiniz. Həftəyə görə ödəniş dəyişir.
10.07.2019
Ilahe Qasimova
Sual: Salamhamillelikde ikili ve uclu testin qiymetin deyerdizde ?
Cavab: Salam.İkili taram testi- 41.30 azn, Üçlü tarama testi- 47.20 azn.
09.07.2019
Adem Kerim
Sual: Salamsizde d vitamininin analiz qiymeti neceyedi?ve qanda sekerin miqdari ?
Cavab: Salam. Vit D-47 azn,qlukoza(aclıq)-7.08 azn.
+ Sual yaz
123...666768...175176177