Sual-Cavab

+ Sual yaz
27.10.2018
əli rüstəmov
Sual:  Salam analizin cavabı ne vaxt çıxacaq ?
Cavab: Salam.Sizə verilən çekin üzərində analizin çixma saatı qeyd edilir.
26.10.2018
Elcin  Agayev
Sual: oftalmoloq pawa musayev hal hazirda sizde iwleyir? iwleyirse mumkunse iw saatlarinda deyerdiz ?
Cavab: Salam. Həftənin I-V günləri saat 9:00-dan 13:00-a dək.Konsultasiyası 45 azn.
26.10.2018
sevinc babayeva
Sual: salam tebii dogus qiymetini yazardiz ?
Cavab: Salam. Əməliyyatla bağlı suallarınıza cavab almaq üçün klinikamıza yaxınlaşın zəhmət olmasa.
25.10.2018
Almina Kerimli
Sual: Salam Sizde kolonoskopiya neceyedir? Narkozla ve adi Zehmet olmasa ayriliqda qiymetleri deyerdiz ?
Cavab: Salam. Kolonoskopiya 100 azn,sedasiya 50 azn.
25.10.2018
Murad Abdullayev
Sual: Salam Qastrentroloq Xaleddin Musayevin qebuluna nece yazilmaq olar? Ve neceyedir? ?
Cavab: Salam. Konsultasiyası 35 azn-dir. Qəbula yazılmaq üçün Tel: 050- 312- 62- 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
25.10.2018
cavid memmedov
Sual: SALAM SIZDE EN GUCLU ANROLOQ KİM HESAB OLUNUR VE qebul QİYMETİ ne qederdir ?
Cavab: Salam. Klinikamızın uroloq-androloq mütəxəssislərimizə güvənə bilərsiniz.
25.10.2018
Nergiz Huseynova
Sual: Men burda onlinr analiz cavablarina necr baxa bilerem ?
Cavab: Salam.ATU Tədris Cərrahiyyə Klinikası saytında "Analizlərin cavabları" bölməsinə daxil olmalısınız.
25.10.2018
Narmin Babayeva
Sual: Salam,Talessemiya dashiyiciligi ucun analiz nece verilmelidi? Qiymeti ne qederdir? Gunun istenilen saati verile bilermi? ?
Cavab: Salam.Hemoqlobin elektroforezi -60 azn.Acqarına müraciət etməlisiniz.
24.10.2018
Elxan Bəndaliyev
Sual: Salam Sizdə Zob xəstəliyinin əməliyyatı neçəyədirCərrah Azər həkim əməliyyat edirmi zob əməliyyatın ?
Cavab: Salam. Azər Hümmətov qeyd etdiyiniz əməliyyatı icra edir. Əməliyyatla bağlı ətraflı məlumat almaq üçün klinikamıza müraciət edə bilərsiniz.
24.10.2018
Nərgiz Allahverdiyeva
Sual: Salam Həkim Fərid Qaralovun qəbulu nə qədərdir?nəvvəlcədən təşəkkürlər ?
Cavab: Salam. Konsultasiyası 25 azn-dir..
24.10.2018
Nigar Selimli
Sual: Salam Ayten Babaxanovanin qebulu ne qederdir? ?
Cavab: Salam.Konsultasiyası 30 azn.
24.10.2018
Binnət sahvələdov
Sual: salam ümümi yoxlaniş olurmu sizde ?
Cavab: Salam. Ümumi yoxlanış üçün mütəxəssislərimizin konsultasiyasından keçmək lazımdır.
24.10.2018
Gulnar Abdullayeva
Sual: Salam Qurban Ismayilovun qebul gunleri yalniz 1ci ve 5ci gunlerdi yoxsa hefte ici 5gun ? ?
Cavab: Salam.I-II-III-IV-V günlər qəbul günləridir.
23.10.2018
Ramile Abdurahmanova
Sual: Salam Goz emeliyyatindan evvel umumi muayine neceyedir? Ve telebelere 20 endirim bu muayineye de aiddir? ?
Cavab: Salam. Əməliyyat paketləri və endirimle bağlı məlumat almaq üçün klinikamıza yaxınlaşın zəhmət olmasa.
22.10.2018
zuleyxa hiseynova
Sual: salam men uc illik sipral qoydirmanisteyirem qiymetini bilmek isteyerdim ?
Cavab: Salam.Məlumat almaq üçün klinikamıza yaxınlaşın zəhmət olmasa.
22.10.2018
Könül Rzayeva
Sual: Sizdə rentgen müayinəsi neçəyədir? Bel nahiyəsinin ?
Cavab: Salam.Bel- oma fəqərələrinin 3 proeksiyada rentgenoqrafiyyası 30 azn.
21.10.2018
Nuride Xalidova
Sual: SalamŞeymen xanimin qebulu necyedi?dopler necyedi 22heftelik? ?
Cavab: Salam. Konsultasiyası 30 azn.Dopler 40 azn (həkim fərqi var).
21.10.2018
Nuride Xalidova
Sual: SalamŞəymən xanimim qebuluna nece yazila bilerem?qebulu neceyedi?dopler neceyedi?xais edirem cvb yazinda ?
Cavab: Salam. Qeydiyyata düşmək üçün Tel : 050-350-16-83 ilə əlaqə saxlayın.
21.10.2018
Sebiqe  Nuriyeva
Sual: Salam zehmet olmasa qeyseriyye emeliyyatinin qiymetin yazardiz da ?
Cavab: Salam. Əməliyyat ödənişləri barədə həkiminizlə məsləhətləşin zəhmət olmasa.
20.10.2018
Aynure Mesihi
Sual: Bagirsagin kolposkopiyasi neciyedir ?
Cavab: Salam. Kolposkopiya 35 azn
+ Sual yaz
123...125126127...175176177