Ped.f-nin cərrahi xəstəliklər kafedrası

370014, Bakı, Füzuli küç., 61, tel.: 495-93-31

Kafedra müdiri, ə.e.x., prof. M.Y.Nəsirov (1991-ci ildən hal-hazira kimi)

Kafedra 1944 - cü ildə təşkil olunmuşdur.

Cərrahi xəstəliklər kafedrasının ilk kafedra müdiri akademik M.A.Topçubaşovun şagirdlərindən biri - prof. F.Ə.Əfəndiyev (1944-1963) olmuşdur.

1964-1973-cu illərdə kafedraya prof. A.N.Tahirov rəhbərlik etmişdir.

1971-1980-ci illərdə prof. X.C.Quliyeva, 1981-1990-cı illərdə isə prof. Ş.B.Quliyev kafedraya rəhbərlik etmişlər.

1991-ci ildən hal-hazira kimi kafedraya ə.e.x., prof. M.Y.Nəsirov rəhbərlik edir.

Kafedranın elmi problemləri:

  1. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinə görə mədə-bağırsaq traktında aparılan rekonstruktiv əməliyyatlardan sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası.
  2. Başlanğıcda (1944-cü il) 2 nəfər əməkdaşı olan kafedrada uzun, mürəkkəb yol keçərək hazırda pedaqoji, elmi, praktiki və mənəvi nöqteyi - nəzərdən möhkəm və sağlam ailə şəklində formalaşaraq hazırda 37 nəfərlik bir kollektivi birləşdirir, o cümlədən 2 əməkdar elm xadimi, 6 professor, 4 dosent, 13 assisent, baş laborantlar, aspirantlar, klinik ordinatorlar və s.
  3. Fəaliyyət göstərdiyi müddətdə kafedrada 22 tibb elmləri doktorlari, 35-dən artıq tibb elmləri namizədləri yetişmişdir.Kafedranın əməkdaşları tərəfindən 2000-dən yuxarı elmi əsər nəşr etdirilmiş, 24 monoqrafiya işıq üzü görmüş, 25 səmərələşdirici təklif və 60-a qədər metodiki vəsait dərc olunmuşdur.
  4. Kafedranın əməkdaşları tərəfindən Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə institutunun dinləyiciləri və praktiki cərrahlar üçün "Cərrahi xəstəliklər", "Hərbi Səhra Cərrahiyyəsi", "Klinik Cərrahiyyə", "Cərrahi xəstəlklər" ingilis dilində, və s. adlı dərsliklər və dərs vəsaitləri, o cümlədən "Azərbaycanca - rusca -ingiliscə tibbi danişiq kitabi", "Azərbaycanca - fransizca tibbi danişig kitabi" və "Azərbaycanca - rusca - ingiliscə - fransızca - ərəbcə tibbi danışıq kitabları" dərc etdirmişlər.
  5. Bu müddət ərzində kafedrada 50 mindən artıq tələbə öz təhsilini müvəffəqiyyətlə davam etdirmişdir.
  6. Kafedrada fəaliyyət göstərən tələbə - elmi cəmiyyətində 70-dən artıq tələbə kafedrada elmi tədqiqat işləri ilə məşğul olmuşdur.
  7. Kafedranın professorları Beynəlxalq cərrahlar Assosasiyalarına üzv seçilmiş, Respublikamızda dərc olunan "Azərbaycan Tibb Jurnalı", "Cərrahiyyə", "Sağlamlıq", "Hepar", "Kimya, Biologiya, Tibb" və bir sıra beynəlxalq jurnallarının redaksiya heyətlərinə üzv seçilmiş, Beynəlxalq tibb assosasiyaları və Universitetlərinin fəxri diplomları və medalları ilə təltif edilmişlər.