LOR cərrahiyyə kafedrası

Otorinolarinqologiya fənni Bakı Dövlət Universitetinin Tibb fakültəsində 1922-1923-cü illərdə tədris olunmağa başlanmışdır və Nəzəri kursun tədrisi Normal Anatomiya kafedrasının müdiri K.İ.Malinovskiyə tapşırılıb.

1925-ci ildən ADTU- tibb fakültəsində QBB xəstəlikləri (Qulaq, burun və boğaz xəstəlikləri) kafedrası təşkil olunub və professor İ.İ.Lukov 1940-1941-ci tədris ilinə qədər kafedraya başçılıq edib.

1969-1970-ci ilə qədər kafedraya dosent A.Ö.Şıxlinskiy, 1970-1971-ci tədris ilindən dosent O.M.Hüseynov müdirlik etmişdir. 1982-ildən kafedraya dosent Z.R Cəfərov müdir təyin olunmuşdur. 1995-ci ildən hazırki dövrə qədər kafedraya professor Ə.M.Talışınskiy rəhbərlik edir. Hazırda kafedrada 3 professor (Ə.M.Talışınskiy, Z.R.Cəfərov və A.M.Xydiyev), 2 dosent (C.S.Cəlilov, C.L.Qasımov), 11 assistent, 2 baş laborant çalışır.

1946-cı ildə SSSR-i Otorinolarinqoloqlar cəmiyyətinin Azərbaycan şöbəsi yaradılımışdır.

2011-2012-ci illərdə kafedrada otolarinqoloq rezidentlərin hazırlanması başlanmışdır. Fəaliyyəti dövründə kafedrada müxtəlif aspektlərdə - Yuxarı tənəffüs yollarının patologiyasının kliniki, mikrobioloji, immunoloji, diqanostik və müalicəvi aspektləri, irinli orta otit, otogen və rinogen kəllədaxili və orbital ağırlaşmaların patogenezi, klinikası, diaqnostikası və müalicəsinə dair elmi-tədqiqat işləri aparılmış, 13 nəmizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.