Neonatologiya kafedrası

Kafedra 1989 - cu ildən 1991 - ci ilə qədər Azərbaycan  Tibb Universitetinin 1- ci uşaq xəstəlikləri kafedrasının nəzdində kurs, 1991 - ci ildən isə müstəqil kafedra kimi fəaliyyət göstərir. Yarandığı vaxtdan 2010 - cu ilə ilədək kafedraya tibb elmləri doktoru, professor, Respublikanın Əməkdar Həkimi Tağıyev Nadir Əmir oğlu rəhbərlik etmişdir. 2010 - cu ildən kafedranın müdiri tibb elmləri doktoru, professor Həsənov Səfixan Şamil oğludur.

Kafedranın əsas bazası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasıdır. Digər bazalar K.Fərəcova adına ET Pediatriya İnstitutu, Ş.Ələsgərova adına  5 saylı klinik doğum evi və ET Mama- Ginekologiya İnstitutudur.

Bazalarda kafedranın professor, dosent və assistentləri tərəfindən müntəzəm olaraq ağır xəstələrin müalicəsi aparılır, məsləhətlər həyata keçirilir.Kafedrada 1 professor, 4 dosent, 10 assistent, 5 baş laborant fəaliyyət göstərir. Onlar neonatologiya fənnini tədris edirlər.

Kafedra əməkdaşları respublikada və xarici ölkələrdə keçirilən müxtəlif konqress və simpoziumlarda mütəmadi olaraq fəal iştirak edirlər.

Kafedra əməkdaşları vaxtaşırı populyar məlumatlarla radio və televiziyada çıxış edir, qəzet və jurnallarda məqalələr çap etdirirlər, həmçinin YUNESKO xətti ilə respublikanın regionlarında yerli həkimlər üçün seminarlar aparırlar.

Hazırda kafedrada 3 tibb üzrə fəlsəfə doktoru, 3 tibb üzrə elmlər doktoru hazırlanır.
Kafedra əməkdaşları tərəfindən hazırlanmış 2 qrant layihəsi Azərbaycan Respublikası Prezdenti Yanında Elmin İnkişaf Fondu tərəfindən qalib hesab edilmişdir.

Kafedrada aparılan elmi-tədqiqat işləri perinatal patologiyaların erkən diaqnostikası və müalicə məsələlərinin təkmilləşdirilməsi istiqamətindədir.