Anesteziologiya və reanimasiya kafedrası

Anesteziologiya və reanimasiya kafedrasının əsası 1920-ci ildə qoyulmuşdur. Kafedranın təşkilatçısı və ilk rəhbəri hələ Bakı Universitetinin yaradıldığı vaxtdan xeyli əvvəl Bakıya köçmüş, Qara Şəhər xəstəxanasının həkim-cərrahı, tibb doktoru B. K. Finkelşteyn olmuşdur. O vaxt Bakı Universitetində I kursdan başqa, II və III kurslara da tələbə qəbul edildiyinə görə, Universitetdə eyni vaxtda həm ümumi cərrahlıqdan, həm də hospital cərrahlığından dərs deyən həkim-pedaqoqlara ehtiyac var idi ( yuxarı kurslara tələbələr Zaqafqaziya Universitetinin Bakıda oxumaq arzusunda olan tələbələri arasından qəbul edilmişdir). İxtisaslı mütəxəssislər azolduğuna görə , B.K. Finkelşteyn ümumi cərrahlıq kafedrasına rəhbərlik etməklə bərabər, 1921-ci ilin payızında hospital cərrahlığı kafedrasına müdir seçildi. Bu dövrdə III kurs tələbələrinə ümumi cərrahlıq və V kurs tələbələrinə hospital cərrahlığı fənləri kiçik bir xəstəxana şöbəsində keçilirdi. 1922-ci ilin payızında hospital cərrahlığı kafedrası N.A. Semaşko adına xəstəxananın 8-ci korpusuna köçürüldü. Bundan sonrakı bir neçə il ərzində (1922-1926-ci illər) o vaxtlar cərrahi propedevtika adlanan ümumi cərrahlıq kafedrası öz fəaliyyətini dayandırdı. Lakin bu dövrdə ümumi cərrahlıq  fənni üzrə mühazirələr hospital cərrahlığı kafedrasında oxunurdu. 1926-ci ildə ümumi cərrahlıq kafedrasının fəaliyyəti bərpa edildi və kafedranın rəhbərliyi o vaxta qədər topoqrafik anatomiya o operativ cərrahlıq kafedrasının müdiri vəzifəsində işləyən A.İ. Okinseviçə həvalə edildi.

A.İ. Okinseviç (1868 -1938) -1904 –cü ildən Sabunçu xəstəxanasının cərrahlıq şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, qaraciyərin dizenteriya mənşəli absesinin cərrahi müalicəsi ilə məşğul olmuş və bu problemə dair moonoqrafiya yazaraq, 1910-cu ildə çap etdirmişdi. Bu monoqrafiyaya görə A.İ. Okinsevıçə 1922-ci ildə tibb elimləri doktoru alimlik dərəcəsi verilmiş və həmin il onun professor elmi adı təsdiq edilmişdir. 1926-cı ildə müsabiqə yolu ilə operativ cərrahlıq  kaferasına müdir seçilən A.İ. Okinşeviç az müddət ərzində qüdrtətli bir kollektiv yaratdı. Azərbaycanın cərrahlıq elminin bir çox nüfuzlu nümayəndələri  (Z.M. Məmmədov, F. Ə.Əfəndiyev, G.R. Qurbanov, A.Sultanov və b.) A.İ. Okinseviçin şagirdləri olmuşlar. O, elmi işlərinin əksəriyyətini qalxanabənzər vəzinin cərrahlığı məsələlərinə  həsr etmişdir. 1932-ci ildə ildə ona Əmək Qəhrəmanı, 1936-cı ildə əməkdar elm xadimi fəxri adı verilmişdir.

A.İ. Okinseviçin vəfatından sonra (1938-ci ildə) kafedra müdiri  vəzifəsinə sonralar Azərb. EA-nın akademiki olmuş, 1942-1946-cı illərdə ATİ-nin rektoru vəzifəsində işləmiş əməkdar elm xadimi, prof. Z.M. Məmmədov (1903-1971) təyin edildi. Bu kafedraya 1971-ci ilə qədər rəhbərlik edən prof. Z.M.Məmmədov  Azərbaycanda cərrahlığın inkişafında müstəsna dərəcədə  böyük rolu olan alimlərimizdən biridir  Z.M. Məmmədov  Azərbaycanda cərrahi endokrinologiyanın əsasını qoymuşdur. Onun rəhbərlik etdiyi dövrdə kafedrada  elmi-tədqiqatların əsasını endokrin sistem xəstəliklərinin cərrahi müalicəsi təşkil edirdi.Bundan əlavə , Z.M.Məmmədov  və onun rəhbərlik etdiyi kollektiv ümumi cərrahlığın   digər problemlərinə aid elmi-tətqiqat işləri aparmışdır. Bu tətqiqatların nəticələri Z.M. Məmmədov və onun rəhbərlik etdiyi kollektiv ümumi cərrahlığın digər problemlərinə  aid   elmi-tədqiqat işləri aparmışdır. Bu tədqiqatların nəticələri Z.M. Məmmmədovun “ Azərbaycan SSR-in Balakən, Zaqatala və Nuxa rayonlarında endemik ur xəstəliyi”  (1939), “ Cərrahlıqda Naftalanın tətbiqi” (1952), “ Yırtıq zamanı qasıq kanalının bağlanması üsullarına dair” (1964) adlı monoqrafiyalarında və çoxsaylı elmi məqalələrində  əks edilmişdir.  Z.M. Məmmədov  Azərbaycan dilində yazılmış “Operativ cərrahlıq” (1961) və “Umumi cərrahlıq (1969) dərsliklərinin müəllifidir.  Onun rəhbərliyi ilə 5 elmləır doktoru , 18 elmlər namizədi hazırlanmışdır.

1971-ci ildə kafedraya  qısamüddət  ərzində Z.M.Məmmədovun tələbəsi-prof. Qəşəm Həşim oğlu Məmmədzadə (1903-1971) rəhbərlik etmişdir.

1973-cü ildən etibarən  1989-cu ilə qədər ümumi cərrahlıq kafedrasına respublikanın əməkdar həkimi, prof. Bəybala Xutkar oğlu Abbasov rəhbərlik etmişdir.

Prof. B.X. Abbasov  (təvəllüdlü-1923-cü il) – 1949-cu ildə  ATİ-nin  müalicə profilaktika fakültəsini bitirmişdir.  1960-cı ildə müdafiə  etdiyi namizədlik disertasiyası  ümumi və daxili yuxu arteriyalarının zədələnmələrinin autoplastikasına həsr edilmişdir. 1968-ci ildə isə qarın aortasının  rezeksiya  və plastikası  problemlərinə dair doktorluq  dissertasiyası müdafiə etmişdir. B.X. Abbasovun təklif etdiyi  damar plastikası üsulları Çexoslovakiya, Albaniya, Macarıstan  və digər xarici ölkə cərrahlarının böyük marağına səbəb olmuşdur.

Prof. B.X. Abbasov  kafedraya rəhbərlik etdiyi dövrdə ümumi cərrahlıq üzrə  tədris proqramını zənginləşdirmiş , praktik məşğələlərin və mühazirələrin  səviyyəsinin yüksəldilməsinə nail olmuşdur. Onun  kafedra müdiri olduğu dövrdə kollektivin elmi-tətqiqatlarının əsas istiqamətləri qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləriinin müalicə üsullarının tətqiqinə , qalxanabənzər  vəzi və damaar cərrahlığı problemlərinə həsr edilmişdir.  Prof. B.X. Abbasov çoxsaylı  elmi məqalələr in müəllifi olmaqla  yanaşı, cərrahlıq üzrə elmi-pedaqoji kadrlar hazırlanmasında da  böyük xidmət göstərmişdir.  O, iki dəfə (1987 və 1997-ci illərdə)çap edilmiş “Umumi cərrahliq” dərsliyinin, “ Eksperimental və klinik şəraitdə qarın aortasının plastikası zamanı hemodinamika problemi” (1976) monoqrafiyasının, 20səmərələşdirici təklifin 2 metodik tövsiyyənin, 150-dən artıq elmi məqalənin müəllifidir. 1981-ci ildə tibb universitetində ikinci ümumi cərrahlıq  kafedrası təşkil edilmiş və bu kafedraya M.A.Topçubaşov  ad. Klinik və Eksperimental Cərrahlıq İnstitutunun binasında  kliniik baza ayrılmışdır. Yarandığı gündən bu kafedraya, prof. N.M. Rzayev  rəhbərlik etmişdir. Kafedra 1991 –ci ildə sərbəst fəaliyyətini dayandırmış, institutda ümumi cərrahlıq fənni yenidən yalnız bir kafedrada tədris edilmişdir. Həmin kafedrada cərrahi müdaxilələrdən sonra baş verən tromboembolik ağırlaşçaların müalicəsi problemləri üzrə elmi araşdırmalar  aparılmış, az müddət ərzində  4 namizədlik dissertadsiyası müdafiə edilmiş, 3 ixtiraya müəlliflik şahadatnaməsi almış, cərrahlıq praktikasında pankreatoduodenal zamanın patologiyası zamanı qaraciyərin rezeksiyası metodu tətbiq edilmişdir.  Kafedranın fəaliyyətdə olduğu dövrdə  əməkdaşların 120-dən artıq elmi işi, o cümlədən “Qan damarlarının cərrahi xəstəlikləei” ( N.M.Rzyev və b.) adlı monoqrafiyası çap edilmişdir.

Ümumi cərrahlıq və anesteziologiya kafedrasında prof. B. X.Abbasov elmi-pedaqoji fəaliyyyətini 1981-ci ildən indiyə qədər kafedranın ikinci professoru vəzifəsində davam etdirir. 1989-1994-cü illərdə kafedraya prof. B. M. Aşurov,  1994-1995-ci illərdə prof. E.A.  Quliyev rəhbərlik etmişdir.

prof. B. M. Aşurovun yüzə yaxın elmi əsəri,  6 tədris və elmi –metodik tövsiyyənin , bir monoqrafiyanın müəllifi olmuşdur. O ATU-nun  , rəhbərlik etdiyi ümumi cərrahlıq kafedrasına intensiv  elmi tədqiqat  işlərini aparmağa başlayır.  Qısa müddət ərzində onun rəhbərliyi altında 10 namizədlik  və 2 doktorluq dissertasiyası  müvəffəqiyyətlə yerinə yetirilmişdir.

1991-ci ildə Azərbaycan Tibb İnstitutuna  Universitet statusu veriləndə sonra prof. B. M. Aşurovbirinci prorektor seçilmişdir. Bəhram müəllim 1992-ci il aprel ayına kimi ATU-nun rektoru əvəzi işləmişdir. O ömrünün axrına kimi həmin kafedraya rəhbərlik edir.

1995-ci ildə kafedra müdiri vəzifəsinə t. e.d.  Ç. M. Cəfərov seçilmişdir. O, indiyə qədər bu vəzifədə  çalışır.

Son illərdə kafedranın klinik bazasında təmir tikinti işləri aparılmış, 16 dərs otağı tikilib istifadəyə verilmişdir. Tədris proqramları xeyli təkmilləşdirilmiş, mühazirə və praktik məşğələələrin mövzuları cərrahlığın müasir səviyyəsinə uyğunlaşdırılmışdır.

Ötən illər ərzində qarın boşluğu orqanlarının cərrahi müalicəsi , damar cərrahlığı, xronik qida borusu və mədə keçməməzliyinin cərrahi müalicəsi problemləri üzrə elmi-tətqiqatlar aparılmışdır. Bu illər ərzində kafedra əməkdaşlarının “Desmurgiya” (B.M.Aşurov, 1994), “Ümumi cərrahləqdan təcrübi vərdişlər” ( H. S.Bağırov, E.Ə. Quliyev, 1995), Urgent obdominal cərrahlıqda hemosorbsiya” (B. M. Aşurov, M.Y.Əliyev, H,S.Bağırov, 1991, rusca) və b. Kitabları işıq üzü görmüşdür.

Kafedranin fəaliyyətdə olduğu müddət ərzində burada aparılan elmi-tətqiqatlar müvəffəqiyyətlə müdafiə edilmiş 7 doktorluq və 30 namizədlik dissertasiyasının mövzusunu təşkil etmişdir.

Hazırda ümumi cərrahlıq və anesteziologiya kafedrasının Bazası M.Nağıyev adına Bakı şəhər Təcili yardım xəstəxanasında yerləşir. Bundan əlavə ,M.Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasında kafedranın ikinci klinik bazası təşkil edilmişdir. Klinikada 4 professor,10 dosent və 10 assistent çalışır.