Neonatalogiya və doğuş

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) Doğum və Neonatologiya şöbəsi son texnologiyalı avadanlıqları və yüksək ixtisaslı mütəxəssisləri ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Klinikanın doğum şöbəsində yüksək ixtisaslaşdırılmış həkim mama-ginekoloqlar və həkim-neonatoloqlar tərəfindən doğuşlar və göstəriş olarsa keysəriyyə əməliyyatları həyata keçirilir. Neonatologiya şöbəsi fizioloji hamiləlik və doğuşdan olan körpələr üçün nəzərdə tutulmuş 20 çarpayılıq 2 palatadan və 10 çarpayılıq 2 reanimasion palatadan ibarətdir. Palatalarımız geniş və işıqlı olmaqla yanaşı, xüsusi ventilyasiya sistemi, bakterisid sistemlə təmin olunurlar. Bu şöbələr vaxtında və vaxtından əvvəl doğulan körpələrin intensiv terapiyası, qulluq və müalıcəsi üçün professional tibbi avadınlıqla təchiz edilib. Vaxtından qabaq doğulan körpələrin qulluğu ücün  O2 dotasiyasını, istənilən rütubət və temperatur rejimini təmin edən müasir küvezlər, açıq reanimasion masalar, uzun müddətli infuzion terapiya və parenteral qidalanmanın aparılmasında istifadə olunan infuzomatlar, hiperbilirubinemiyaların konservativ müaliəsini təmin edən fototerapiya lampaları, həyati vacib funksiyaları daimi nəzarətdə saxlamağa imkan verən portativ monitorlar, respirator pozgünluqların, tənəffüs sisteminin ağır xəstəliklərinin terapiyasında istifadə olunan “ARABELLA” firmasının CPAP və “HAMİLTON” firmasının ASV apparatları perinatal yardımın keyfiyyətinin artmasına zəmanət verir. Şöbədə ana və yenidoğulanın ilk gündən birgə yerləşdirilməsi təşkil olunub ki, bu da təbii qidalanmanın aparılmasına təkan verir. Körpələrin quluğunda anaya yardımçı olmaq üçün qayğıkeş və təcrübəli tibb bacıları fəaliyyət göstərir.

Xəstə uşaqların müalicəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən təstiq edilmiş protokollara əsasən aparılır. Şöbənin həkimləri  öz professional səviyyəsini təkminləşdirmək ücün neonatologiyanın aktual problemlərinə həsr olunmuş beynalxalq kongreslərdə  mütamadi olaraq iştirak edirlər, xarici ölkələrin klinikalarında təcrübələrini artırırlar.

Xidmətlərimiz:

  • Sağlam yenidoğulmuşların 3 gün ərzində neonatal təqibi
  • Neonatal reanimasiya
  • Neonatal dövrdə keçirilən əməliyyat sonrası reanimasiyon xidmət
  • Respirator terapiya
  • Yenidoğulmuşlara stasionar xidməti
  • Neonatal və pediatrik ambulatoriya
  • Vaksinasiya