Uşaq cərrahiyyəsi

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsi yenidoğulma dövründən 18 yaşa qədər uşaqlara stasionar və poliklinik xidmətlər göstərir.

Stasionar xidmətlərə aşağıdakılar aiddir:

  1. Yenidoğulmuşların cərrahiyyəsi  – ( öd yollarının atreziyası, qida borusunun atreziyası,  nazik və yoğun bağırsağın atreziyası, ağciyərlərin adenomatoz malfarmasionu, diafraqmal  yırtıq, omfasele, pilorostenoz, nekrotik enterokolit,  yenidoğulmuşların nefrotik fleqmonası, epifizar osteomielit və s.).
  2. Təxirəsalınmaz cərrahiyyə - (kəskin appendisit, peritonit, kəskin bağırsaq keçməməzlikləri, boğulmuş qasıq yırtıqları, daxili qanaxma ilə müşayət olunan qarın boşluğu travmaları və s. ).
  3. Abdominal cərrahiyyə  - ( qida borusunun axalaziyası, mədə-qida borusu reflyuksu, öd yollarının sistoz genişlənməsi, öd daşı xəstəliyi, qaraciyərin sistoz törəmələri, dalağın hemolitik xəstəlikləri, nazik bağırsağın inkişaf anomaliyaları (ikiləşmə, divertikul ), yoğun bağırsağın adenomatoz polipozu, meqadolixokolon, Hişprung xəstəliyi, Kron xəstəliyi, xoralı kolit, qarnın ön divarının inkişaf anomaliyaları və s.)
  4. Torokal cərrahiyyə - ( ağciyərlərin exinokoku, emfizeması, anadangəlmə və qazanılma diafraqmal yırtıqlar, traxeo-ezofageal fistula, ağciyərlərin bacterial destruksiyasının fəsadları və s.).
  5. Uroloji cərrahiyyə - (kriptorxizm, varikosele, hidrosele, hipospadiya, epispadiya,  hidronefroz, sidik kisəsi-sidik axarı  reflyuksu,  infravezikal obstruksiya və s.).
  6. Proktoloji cərrahiyyə  - ( pararektal fistulalar, anusun və düz bağərsağın atreziyası, rektovaginal fistula, düz bağırsağın polipi, anal çat, anal sfinkter çatmazlığı, düz bağırsağın sallanması və s.).
  7. Travmatoloji – ortopedik cərrahiyyə  - (anadangəlmə bud-çanaq oynağı çıxığı, əyripəncəlik, sindaktiliya, polidaktiliya, borulu sümüklərin sınığı, sümük kristalları və s.).
  8. Digər cərrahi əməliyyatlar – yumuşaq toxumaların inkişaf qüsurları ( hemangioma, limfangioma, lipomalar, epidermoidlər, amniotic atmalar, dermoid sistlər, teratomalar və s. ), irinli cərrahi infeksiya (osteomielit, fleqmona, furunkul, omfalit, hidroadenit,  limfadenit, və s. ), üzün və boyunun inkişaf qüsurları (əyriboyunluluq, boynun ön və yan sist və fistulları, yuxarı dodağın defekti, ranula və s.), onurğa və baş beyin dəbəlikləri.

Poliklinik xidmətlərə aşağıdakılar aiddir:

  1. Xəstələrin qəbulu və onların müayinəsi
  2. Kiçik cərahi manipulyasiyaların icrası – fimoz, dilaltı yüyənin kəsilməsi, hemangiomaların konservativ müalicəsi, yaraların birincili cərrahi işlənməsi, sarğıların edilməsi, kiçik dərialtı törəmələrin xaric edilməsi, dərialtı abseslərin açılması, gips sarğılarının qoyulması və s.