Endoskopİya şöbəsi

Endoskopik müayinə  metodları , müasir tibbdə mühüm bölmələrdən biridir. Bu metodun ən mühüm rolu – 40 yaşından başlayaraq  baş vermə riski artan şəxslərdə, şiş xəstəliyinin ilkin mərhələlərinin aşkar olunmasına imkan yaratmasıdır.  Normada, hər bir şəxs ildə bir dəfə həkim-endoskopistin müayinəsindən  keçməlidir.

Endoskopiya şöbəsi,  mədə-bağırsaq  sisteminin yuxarı şöbələrinin , düz və çənbər bağırsağın, yuxarı tənəffüs yollarının,bronxların, sidik kisəsinin diaqnostik  manipulyasiyaların aparılmasına imkan yaradan , ən müasir avadanlıqlarla təhciz olunmuşdur. Yeni rəqəmsal texnologiyalı avadanlığın sayəsində, selikli qişada baş vermiş patologiyaların diaqnostikasında yeni imkanlar əldə etməyə imkan verir.

Diaqnostik endoskopiya:

  • Ezofaqoqastroduodenoskopiya biopsiya ilə (həmçinin pH –metriya və helikobakteriozun təyini üçün  ureaz testi).
  • Rektosiqmoskopiya və total kolonoskopiya biopsiya ilə
  • Yuxarı tənəffüs yollarının  endoskopiyası və bronxoskopiya biopsiya ilə
  • Sistoskopiya biopsiya ilə
  • Xromoskopiya ( müayinə zamanı adi gözlə nəzərə çarpmayan selikli qişa üzərində zədələnmə sahələrinin sərhədlərinin ,struktur xüsusiyyətlərinin  təyini məqsədilə toxumaların boyanması).

Müalicəvi endoskopiya:

  • Mədə bağırsaq sisteminin yuxarı şöbələrinin və tənəffüs yollarının xoşxassəli yenitörəmələrinin endoskopik kəsilib çıxarılması.
  • Yad cismlərin çıxarılması
  • Qida borusunun və mədənin  varikoz genişlənmiş damarlarının müalicəsi (liqaturaların qoyulması,damarların sklerozlaşdırılması)
  • Endoskopik üsulla qastrostomanın qoyulması
  • Həzm sistemi və tənəffüs yollarının  qanaxmalarının dayandırılması və profilaktikası
  • Mədə-bağırsaq sisteminin və tənəffüs yollarının struktur və daralmalarının genişləndirilməsi
  • Mədə-bağırsaq sisteminin və tənəffüs yollarının  xoşxassəli və bədxassəli daralmalarında stentin  yerləşdirilməsi.

Xəstənin arzusunu nəzərə alaraq endoskopik manipulyasiyalar venadaxili, ümumi keyləşmə altında aparılır, bu da xəstələrdə qorxu hissini ardan qaldırmağa və həmçinin bir neçə müayinəni birləşdirməyə imkan yaradır. Bütün endoskopik avadanlıqlar və alətlər yüksək keyfiyyətli dezinfeksiyaya və aşağı temperaturlu sterilizasiyaya məruz qalır, bununla da xəstənin hər hansı infeksiyaya yoluxma ehtimalı istisna olunur.