Əməliyyatlar

Dr. Elcin Abdinov-Mede kiciltme (sleeve gastrectomy)

19.04.2017
Növbəti uğurlu mədə kiçiltmə əməliyyatı Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb elmləri namizədi Elçin Abdinov tərəfindən icra olundu. 
32 yaşlı pasient (BKİ-46kg/m²) Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb elmləri namizədi Elçin Abdinova müraciət edərək, artıq çəkidən, piylənmə və ona bağli bir sıra yanaşı xəstəliklərdən əziyyət çəkdiyini bildirib. Aparılan ətraflı müayinələrdən sonra xəstəyə mədə kiçiltmə-sleeve gastrectomy əməliyyatı icra olunub. Əməliyyat uğurla başa çatıb və artiq xəstə evə buraxılıb. Qeyd edək ki, piylənmədən əziyyət çəkən xəstələrin kilo vermələrinə kömək olmaq məqsədi ilə qida qəbulunun və ya qəbul ounmuş qidaların sorulmasının, yaxud da hər ikisinin birdən azaldılması məqsədi ilə, mədə-bağırsaq sisteminə cərrahi müdaxilə olunmasına, “bariatrik cərrahiyyə” və ya “artıq çəki cərrahiyyəsi” deyilir. Bu gün dünyada piylənmə və ona bağlı xəstəliklər getdikcə artmaqdadır. Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. Ona görə də piylənmənin cərrahi müalicəsində mədənin boruvarı rezeksiyası - mədə kiçiltmə əməliyyatı (Sleeve Gastrectomy) daha çox icra olunur.Qısacası piylənmə, artıq, cərrahi olaraq müalicə edilə bilən bir xəstəlikdir.