Müsahibələr

“Supersonic Aixplorer” cihazı ilə müayinə

“Supersonic Aixplorer” cihazı ilə müayinə

“Supersonic Aixplorer” cihazı ilə müayinə olunmaq və sirrozun qarşısını almaq mümkündür.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova ilə müsahibə:
-“Elastoqrafiya” müayinəsi hansı xəstəliklərin təyin olunmasında istifadə olunur?

- Öncəliklə onu qeyd edim ki, "Supersonic Aixplorer Multi Wawe" cihazı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının yanında Elmin İnkişafı Fondu tərəfindən ATU-nun Tədris Cərrahiyyə Klinikasının I cərrahi xəstəliklər kafedrası qrand olaraq əldə etmişdir.
Bu aparat vasitəsilə qara ciyərin sıxlığını, elastikliyini təyin edirik. Qaraciyər fibrozunun təyini kliniki praktikada 3 mühüm məsələnin həllinə imkan yaradır. Bu xəstəliyin mərhələsinin və proqnozunun təyini, risk qrupunun aşkarlanması və müalicənin effektivliyinin qiymətləndirilməsidir. Hazırda fibrozu qiymətləndirmək üçün çoxsaylı üsullar mövcuddur. Bunlara kliniki-laborator müayinələr, ultrasəs elastoqrafiya və biopsiya aiddir. Biopsiya patoloji prosesin təyinində qızıl standart sayılsa da, ideal deyildir və bir çox çatışmayan cəhətləri var. Bunlar invaziv olması, ağırlaşmalar verməsi, xəstənin 6-24 saat müddətində klinkada yatması lazım gəlir, yalançı pozitiv və yalançı neqativ nəticələr verməsidir, həm də qısa müddətdə təkrari biopsiya imkanı azdır. "Elastoqrafiya" müyinəsi isə qeyri-invazivdir. Adi ultrasəs müayinəsi kimi aparılır. Xəstəyə heç bir kəsik aparılmır, eyni zamanda realtaym müayinədir. Biz müayinənin nəticəsini dərhal əldə edirik. . Biopsiya zamanı parçanı histoloji müayinəyə göndəririk. Cavabı isə ən az 7-10 gün ərzində alırıq. Lakin bu aparat vasitəsilə nəticəni həmən əldə edirik və buna uyğun da diaqnozu və müalicəni təyin edə bilirik. Toxuma sıxlığı qaraciyər kapsulundan ən azı 2 sm dərinlikdə damarsız parenximada ölçülür və nəticələr kPa ilə verilir. Nəticəyə uyğun olaraq da METAVİR şkalasına görə fibrozun dərəcəsi təyin edilir. Qaraciyər elə bir orqandır ki, kliniki olaraq simptomsuz keçir. Xəstənin heç bir şikayəti olmur. Xəstədə hepatit olduğu zaman nə özü bilir, nə də qaraciyər özünü büruzə verir. Lakin biz xəstəni müayinə etdityimiz zaman həm qan analizində, həm aparatla, müəyyən edirik ki, xəstədə virus hepatiti və ya fibroz var. Fibroz erkən təyin edildiyi zaman vaxtında onun müalicəsinə də başlayırıq. F4 sirroz deməkdir. Lakin f2-f3 olduğu halda biz onu müəyyən zaman içində müalicə edirik. Daha sonra f0-f1-ə qaytarma ehtimalı artır. Ona görə də fibrozu erkən təyin etdiyimizə görə bu aparatın bizə çox faydası var.

Bu cihazın başqa funksiyaları nələrdir?

- Bu aparatın əlavə müayinə istiqamətləri də var. Qalxanabənzər vəzin, süd vəzi, mədəaltı vəzin, eyni zamanda dalağın və böyrəklərin elastoqrafiyası zamanı bu aparatdan istifadə etmək olar. Hal hazırda biz mədəaltı vəzin, qaraciyərin və dalağın elastoqrafiyasını həyata keçiririk. Bu aparat vasitəsilə müayinələrımizi artiq 3 aydır ki, aparırıq. Demək olar ki, 300-dən çox xəstəni müayinə etmişik. Professor Nuru Bayramov artıq uzun illərdir ki, qaraciyər xəstəlikləri ilə məşğul olur. Müraciət edən əksər xəstələrə bu müayinəni aparırıq. Həm skrining profilaktik müayinə həm də qaraciyər xəstəliyinin mərhələsinin təyini məqsədilə yerinə yetiririk. "Elastoqrafiya" müayinəsi ilə əlaqədar Nuru müəllimin rəhbərliyi altında bir neçə elmi işimizə də başlamışıq.

Son olaraq məslətləriniz nələrdir?

-Profilaktik olaraq insanlar heç olmasa ildə 1dəfə qaraciyər müayinəsindən keçsinlər. Çünki, qaraciyər simptomu büruzə verməyən orqandır. Bu aparat qeyri-invaziv olduğu üçün hər bir insan qorxmadan bu müayinədən keçə bilər. Onu da qeyd edim ki, "Elastoqrafiya" müayinəsi Azərbaycanda sadəcə iki klinikada mövcuddur. Bizim üstünlüklərimizdən biri də odur ki, bizdə müayinə pulsuz aparılır. Eyni zamanda qaraciyərin həm laborator, həm də digər instrumental müayinələ r baxımından bütün müayinələri bizim klinikada həyata keçirilir.